ağ göyərçinim - zeynəb həsəni lyrics
[bənd 1]
vurğunuyam dağ dərənin
gördüyüm hər mənzərənin
qarşısında pəncərənin
dənlənirdi bir ağ göyərçin
əllərimi uzatdıqca
xoş ünsiyyət yaratdıqca
su verdikcə dən atdıqca
şənlənirdi bir ağ göyərçin
[nəqarət 1]
uçdu hara ağ göyərçinim
bəxdi qara ağ göyərçinim
uçdu getdi qayıtmadı
qayıtmadı ağ göyərçinim
könlüm onu unutmadı
o könlümü ovutmadı
uçdu getdi qayıtmadı
qayıtmadı ağ göyərçinim
[bənd 2]
gözəlliyi harasında
gözlərinin qarasında
buludların arasında
gizlənirdi bir ağ göyərçin
uzağdan atmasaydılar daş
gözlərində olardımı yaş
bu təkliyə yavaş yavaş
öyrənirdi bir ağ göyərçin
[nəqarət 2]
uçdu hara ağ göyərçinim
bəxdi qara ağ göyərçinim
uçdu getdi qayıtmadı
qayıtmadı ağ göyərçinim
könlüm onu unutmadı
o könlümü ovutmadı
uçdu getdi qayıtmadı
qayıtmadı ağ göyərçinim
Random Song Lyrics :
- guerra mental - lágrimas de sangre lyrics
- 300 bambis - m. ruina lyrics
- siren - half waif lyrics
- first and last - k.a.r.r. lyrics
- el dia de mi suerte - m. ruina lyrics
- game 4 2 - wardo lyrics
- devil in the detail - paybac iboro lyrics
- faith - controlled bleeding lyrics
- popping - realgideon lyrics
- rađaju se nova djeca - atomsko skloniste lyrics