bir ovuc xatirə ft odler - yeis otto lyrics
[1*ci hissə: otto]
doğuldum kiçik kəndin, tozlu köhnə küçələrində
heç nəyi düşünmədən xoşbəxt idim küçələrimlə
indiysə böyük şəhər, günahkardı boz divarlar
bilmədən ayrı düşdük köhnə dost və neçərələriylə
dünənlər uzaq daha yordu ömür yarışları
həyatdan öyrəndik həyat ilə barışmağı
yadımdadı bir zamanlar anamın danışmağı
qurudur hər nəfəsdə gözdən axan yağışları
uşaqlıq illərində batıb qalan xatirələr
azalır ömür yolu, keçib gedir saniyələr
nədənsə tez böyüdüm , xəbərsizəm uşaqlıqdan
artıq yorur ruhu xırda zəif maneələr
solmayan gülüş vardı indi gizli şək!llərdə
bu qərib duyğulara dərman deyil şək!llər də
bilirəm bitməyəcək həsrət dolu gözləyişim
mən ölsəm həkk olacaq, yazdığım bu sətirlərdə
barışdım yalan üstə səmimiyyət quranlarla
ağlımda bilmədiyim qırıq*qırıq suallar var
soruşdum hər ötəndən, nə dünyaya gəliş məğzim
bəlkə də, anlamadım, anlasaydım dəyişməzdim
nəqarət:
sən, ey uşaqlıq
sən bizdən uzaq düşdün artıq
de, səni yellər apardı
ya soyuq əllər apardı? (2x)
[2*ci hissə: odler]
dərdlərim dərindədir 10*undan 1*i görsənir
hər dəfə içdən öldüm, üzdən diri görsənib
pis dost biraz da məncə bənzəyir ağrıyan dişə
çəkib atsan belə, həmişə yeri görsənir
bəs indi kimə söykənim, söylə güvənim kimə?!
zaman mənə də güc gəlib, deyiləm o həminki mən
qıraqdan baxanda öz yolunda gedir hərşey
içimdə bir səs var mənə; “döz, yorulma” deyir hər gün
bax indi məhk*mam bu kirli otaqda
tozlu rəsmin gözümdə adiləşdi anidən
səndən mənə qalan “6 saylı palata”
məndən sənə qalan 6 cümlə xatirə
səssiz bir gecədə xəzər qədər sakitəm
itirmişəm uşaqlığımı hardasa uzağda
daha sənə əlim çatmır, indi çox acizəm
bəsdir halıma ağladın, çıx get uzatma!
nəqarət:
sən, ey uşaqlıq
sən bizdən uzaq düşdün artıq
de, səni yellər apardı
ya soyuq əllər apardı? (2x)
Random Song Lyrics :
- did it b4 - vic mensa lyrics
- your own way - spectacular! cast lyrics
- one day (b.i.g. tribute) - shyheim lyrics
- nyttårstale 2019 - bru lyrics
- more than words - spanish (mucho mas) - frankie j lyrics
- mother of things impossible - alexander search lyrics
- we're the future - fanfarlo lyrics
- numbers on the hoard - jonwayne lyrics
- i don’t want to feel alone anymore - tyfromthefuturr lyrics
- vamos pra rua - maglore lyrics