məryəm - yap10 lyrics
onun fikrində belə yaşamaq vahiməli
sinifdə qızlar arasında yeganə bakirədir
heç vaxt ağlamaz, yazsa qiymət kafi müəllim
atasın itirmişdi düşmən tutanda qahirəni
bir dahi dəli kimi qızın yarası qalın
bu bədbəxtin son hadisədən heyif bir xalası qalır
ev yoxsul, tavan n*z*k, divarın malası qalıb
ağlayırdı, gözü önündə ata qızının qadasın alır
hara sığar axı, xalası deyir: “istəmə pul”
qurtarıb evdə hər şey, yox nə çörək, yox nə un
1 həftə sonra onu bir varlı evdə işlədə qul
alçaq əmr verib qışqırırdı: “tez işlə və dur”
hər dəfə bu hadisə ürəyi daş kimi bərkitdi
adiləşdi əziyyət ona, ağlamağı tərgitdi
illər gəldi, getdi, dərk etdi
saat 1*ə qalırdı, doğma yeri tərk etdi
yad şəhər soyuq, n*z*k köynəyi dayağı
nə vaxtdır daş üstə yatır, göynəyir ayağı
xoşbəxtlik uzaq səma, amma görməyir qağayı
tək yol fahişəlikdir, vermir ölmək qərarın
aylar sonra istəyinin həyata keçməsi
kabluk, qımızı pomada, bədəndə döyməsi
hər gecədən sonra əzələlərin göynəməsi
ailənin səsini əvəz edirdi artıq nalə səsi
təsəvvür eləmədiyi indi onun başına gəlir
pul boldur, artıq dəyir ən bahalı maşına əli
hər gələn bədəni sevir, olmur göz*qaşına dəli
və bir də fikirləşirdi: “evlənmək yaşına gəlib”
amma belə həyat tərzi ona xoş və havayı idi
ona görə ki, hər səhər o ən bahalı naharı yeyir
hal*hazırda yaşananları həyatın baharı bilir
kövrəlib deyirdi: “geridə qalanlara bax hara gedib?”
uzaqlara gedir, orda vardı ata qəbri
gözlərdən yaş axır yaşamağa da yox səbri
hər şeyi var, atasızlıqdır tək səbəbi
bunlara da dözə bilməyib son dəfə döyünür qəlbi
Random Song Lyrics :
- jebať na nich - haha crew lyrics
- (all i know it's) better than before - fireflake lyrics
- can't keep running / when the rain comes - doms gauge lyrics
- you wasn't lyin' - planet giza lyrics
- poza kontrolą - tymek lyrics
- eu vejo - max sthainy lyrics
- a circular reeducation - tycho lyrics
- i see in colors - lil b lyrics
- zvoni mobila - polo čare lyrics
- haunt me / crossing over - doms gauge lyrics