lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ruhunla yaşayıram - xumar qədimova lyrics

Loading...

[bənd 1]
elə bilmə unudulub o günlər
hər xatirən bir sehrdir, tilsimdir
mizrabından ayrı düşmüş siməm mən
köklənmərəm, çalınmaram, ha dindir!

[nəqərat]
kaş, görəydim sən yaşayan yeri mən!
bəxtəvərmiş kölgə kimi sürünən
elə sənsən gözlərimə görünən
qulağıma gələn doğma səsindir
köklənmərəm, çalınmaram, ha dindir!

[bənd 2]
ruhundurmu yenə çıxan qarşıma?
ürəyimdə başlar həzin oxşama
səma kimi saçlarımı oxşama
gözlərindən ürəyimə əsimdir

[nəqərat]
bəlkə ömrün yox mənası kədərsiz?!
indi heçəm mən sənsiz, sən mənsiz
hərdən qəlbin bir kimsədən xəbərsiz
məni deyib döyünürsə bəsimdir
məni deyib döyünürsə bəsimdir
gözlərindən ürəyimə əsimdir
köklənmərəm, çalınmaram, ha dindir!

Random Song Lyrics :

Popular

Loading...