xoş gəlmisən ey dost - vüqar əbdülov lyrics
allah yaradıb gözləri, baxsın nəzər etsin
pisdən ayırıb yaxşını, qəlbə əsər etsin
pis kəslərə baxma, niyə qəlbin həzər etsin
boğsun acı hisslər səni vicdan şəkilində
cəm olsun, o vicdan gözünə qan şəkilində
xoş gəlmisən ey dost, gözüm üstündə yerin var
bilsən nə gözəllikdə, göz oxşar şəhərim var
çoxdandır çıxıbsan bakıdan, heç xəbərin var?
paytaxımız olub cənnəti*rizvan şəkilində
illah gecələr çilli*çirağban şəkilində
bakının meri respublikada ad eləyibdir
xeyli kasıba*yoxsula imdad eləyibdir
sən gördüyün asfaltları abad eləyibdir
şəhəri eləyib gör necə səhman şəkilində
ətraflar olub park və xiyaban şəkilində
vardır ara bir, bax belə yolnan düzülənlər
pokrışka qaraldanlar ilə ayna silənlər
pul toplamağı yoldan dilənməkdə bilənlər
tökülüb bu svetaforlara karvan şəkilində
qəttində əyib zırrama qəlyan şəkilində
dostum, bu qədər marşrut olmazdı əzəllər
bunlar o qədər çoxdur ki, bir*birini əzərlər
bir yerdə ilantək şütüyür bəzi qazellər
insan daşıyırlar amma heyvan şəkilində
qiymət də yazıblar, vurublar elan şəkilində
sürdüm görəsən ki, hələ mərkəzdə nələr var
düzdür, bakıda xeyli gözəl mənzərələr var
gəl mənzərə altında göyçək gədələr var
hey var gəlibdir, gözləri mərcan şəkilində
bir quyruğu yoxdur, ola ceyran şəkilində
gəl seyr elə dostum, gecələr bulvarı gəz bir
görsün o göz məcnunları, leylaları neynir
fərgah bunlara eşq eləyibsə belə təsir
nə üçün çəkiliblər kola dovşan şəkilində
arsızlıq edirlər belə üryan şəkilində
sən saxla ay allah, nə olur gəcə barda
bir dambadurub var, eşidər lap onu kar da
bir oğlan, iki qız oturub azca kənarda
qızlar sümürür papirosu oğlan şəkilində
oğlan da ki, maşallah, lap aslan şəkilində
amma nə gözəl ki, abır*qismət də qalıbdır
ağsaqqala, ağbirçəyə hörmət də qalıbdır
əvvəldən olan bir gözəl adət də qalıbdır
biz qarşılarıq mehmanı mehman şəkilində
heyvan kəsərik şəninə qurban şəkilində
Random Song Lyrics :
- for her - sweeney lyrics
- story - 26 youngone lyrics
- toll gate - fresh l. lyrics
- girls - vanessa elisha lyrics
- don't bogart me (aka don't bogart that joint) - fraternity of man lyrics
- dear - chief keef lyrics
- mentalità da clan - noyz narcos lyrics
- dance with me - mauro lyrics
- weed 4 the low - king lil g lyrics
- higher - lia ices lyrics