borc verməyəcəm - vüqar əbdülov lyrics
[bənd 1]
bu saat işdə al*ver dayanıb
necə deyərlər, papağım gündə yanıb
evi satdım, pulu qoydum banka
dedilər, bank da yanıb, pul da yanıb
son zamanlar belə bir hal yaranıb
kim pul almışsa qaçıb daldalanıb
gəlmişəm indi belə bir qərara
heç kimin bir daha sözünə inanıb
[nəqərat]
mən belə səhvlərə yol verməyəcəm
borca heç bir kəsə pul verməyəcəm
mən belə səhvlərə yol verməyəcəm
borca heç bir kəsə pul verməyəcəm
mən belə səhvlərə yol verməyəcəm
borca heç bir kəsə pul verməyəcəm
[bənd 2]
biri and içdi, vurub üz getdi
biri pul aldı, verib söz getdi
biri and içdi sabah qaytararam
səhəri gördü məni, düz getdi
maşınımı aldı biri vız getdi
qoydu asfaltda qara iz getdi
xəbəri gəldi, keçib qırmızıdan
mən yetimdən yenə beş yüz getdi
[nəqərat]
tövbə, daha heç kəsə rul verməyəcəm
borca heç bir kəsə pul verməyəcəm
tövbə, daha heç kəsə rul verməyəcəm
borca heç bir kəsə pul verməyəcəm
mən belə səhvlərə yol verməyəcəm
borca heç bir kəsə pul verməyəcəm
[bənd 3]
işi düşmüşsə səni axtaracaq
pul alınca yaracaq, yalvaracaq
dəfələrlə gəlib aldıqlarını
əmin ol ki, bu dəfə qaytaracaq
ay hərif, çox özünü yormaq nahaq
məni gəl bir belə zənn etmə uşaq
mən daha heç kimə borc verməyəcəm
mənə nə, kim verəcək, kim alacaq?
[nəqərat]
mən durub xalqa ağıl verməyəcəm
özüm heç bir kəsə pul verməyəcəm
mən durub xalqa ağıl verməyəcəm
özüm heç bir kəsə pul verməyəcəm
mən belə səhvlərə yol verməyəcəm
borca heç bir kəsə pul verməyəcəm
Random Song Lyrics :
- i love you - guts lyrics
- zun zun rompiendo caderas (remix) - wisin & yandel lyrics
- i glas og ramme - staut lyrics
- october. - räd lyrics
- broke bitch - pure luxury lyrics
- now i'm high - three 6 mafia lyrics
- tyler got him a tesla (skit) - florida georgia line lyrics
- general xen - craig xen lyrics
- przestałem spoglądać tam - angelo ente lyrics
- white knuckle ride (alan braxe remix) - jamiroquai lyrics