sevgi qalıb xx əsrdə - uran lyrics
[giriş]
mən bilmirəm bu trek nə haqdadır
soruşmayın məndən
[nəqərat]
sevgi qalıb xx əsrdə
hündür divar, üstü açıq qəsrdə
deyir onun artıq həmin tamı yox
görünür ki, həyatın nizamı yox
sevgi qalıb xx əsrdə
hündür divar, üstü açıq qəsrdə
deyir onun artıq həmin tamı yox
görünür ki, həyatın nizamı yox
[bənd 1]
yeni yetər, yeni yetməz, yeni istər
dəli coşqu, dəli sevgi, dəli hisslər
qısa məktub, geniş ürək, gecə gizli, dəhlizdən
otağadək, yatağadək keçən izlər…
xatirə qatili zaman yol uzunu
(yenə) sevgi döyən qapılar açmır oğlana
(amma) qısa münasibətin kökü də qısa
bir gün də bəlkə qalsa və “sevgili” alınsa…
təəssüf, səhər duş, qəhvə, tələsik vida
deyir “nömrəm kontaktda”, beləsi də var
sonra dərs, sonra ev, sonrası da var
belə də ki, əvvəlinə sonrası davam
çıxıb çölə oturur maşına, ovcu qaşınır
qoyur xoşuna gələn treki, çarə başına
işə düşür maşın…
şütüyür boş küçələrində şəhərin
lakin tapmır təhərin
qarşılayır dəniz kənarında səhəri tənha…
[nəqərat]
sevgi qalıb xx əsrdə
hündür divar, üstü açıq qəsrdə
deyir onun artıq həmin tamı yox
görünür ki, həyatın nizamı yox
sevgi qalıb xx əsrdə
hündür divar, üstü açıq qəsrdə
deyir onun artıq həmin tamı yox
görünür ki, həyatın nizamı yox
[bənd 2]
hərbi forma, qida, günlük norma, nizam
təlimlər və qıza qalır az vaxt, əlbət
pozur kefin gənc zabitin, şəxsi həyat bir tərəfdə
müharibə başlayır indi, başqa şeylər hədəfdə
döyüş səngiyəndə uzanıb doğma səngərə
qızın səsin duymaq’çın hər dəfə zəng elər, zəng gələr xanıma qapalı nömrədən, o isə qan vermək’çün
hospitalda durub növbədə, qarışıb başı söhbətə
döyüşdə bitdi fasilə, dəyişdi atəş rəqsinə
yenilər səsə diksinər, köhnələr dartar köksünə
zabit verəcək dərsini. tanrı çıxarsa dirisini bu döyüşdən
nişan göndərəcək birisinə, demişdi
yoldaş leytenant bilir, sabaha yox qarant – gülür
çiynində akselbant dünən, bu gün də maska örtülü
sevgi tapşırığı verə bilər ürək qərargahı
fərqli nişangah, birinə qız, birinə diyar baxır
[nəqərat]
sevgi qalıb xx əsrdə
hündür divar, üstü açıq qəsrdə
deyir onun artıq həmin tamı yox
görünür ki, həyatın nizamı yox
sevgi qalıb xx əsrdə
hündür divar, üstü açıq qəsrdə
deyir onun artıq həmin tamı yox
görünür ki, həyatın nizamı yox
[çıxış]
sevgi qalıb xx əsrdə
sevgi qalıb xx əsrdə
Random Song Lyrics :
- variant of concern - drapeto lyrics
- sei lá - choji lyrics
- cherry blossoms - preston eggert lyrics
- back better - lafemmebear lyrics
- real ones - breeder lw lyrics
- dark nights - rxmedy lyrics
- halo - molto loud lyrics
- monkey mode - bani$hed boys lyrics
- cattails (big thief cover) - yeule lyrics
- kill - djalito lyrics