qəlbimin harayı - uran lyrics
[bənd 1] [uran]
heç bir şey istəmirəm, ayrılıb dünyadan
enim sevgi dənizinə hündür bir qayadan
tapım səni, itirməyim, yetər bu tənhalıq
isit soyuq ürəyimi, isit, olsun ilıq
ol qaranlığımın ən parlaq gündüzü
ilahi, olsun xəyalımda ancaq onun üzü
burax qəfəsdə qalmış məhk*m sevgi quşunu
sevginin sonu olsun mənim həyatımın sonu
səni gözləyirdim, əzizim, mən milyon əsr
öz soyuqluğum ürəyimin damarın kəsir
əsir oluram sənə. qəlbdə sözlə doluram
baxıram, susuram, soyuğam, mən soluram
amma yox vulkan var içimdə olsun partlayış
dörd fəsil dönsün olsun mənimçün sərt qış!
bircə sən. və yenə də məhəbbət günəşi
anlaya bilmirəm özümü, anlaya bilmirəm bu işi
[nəqarət] [elnino, uran]
qəribə məhəbbət, qəribə hisslər
hər zaman həyatımda məni izlər
qəlbimin harayıdır bu gün dilimdə
zərif qəlbin mənim kobud əlimdə
qəribə məhəbbət, qəribə hisslər
hər zaman həyatımda məni izlər
qəlbimin harayıdır bu gün dilimdə
zərif qəlbin mənim kobud əlimdə
[bənd 2] [elnino]
hər an şəklin, hər an səninləyəm
hər an hədəfini tapmış bir gülləyəm
azad olmasam da mən bu fani dünyada
özümü salaram gur yanan isti bir oda
daş deyil ürəyim, daş deyil bu zaman
lazımdır talehimə səntək bir insan
niyə susursan, bəlkə məni anlamırsan?
bəlkə hələ də sevgi ocağında yanmırsan?
yox, yox! gözlərin ayrı şeyi deyir
baxışın məhəbbət önündə qəlbimi əyir
nöqtə qoyuram natamam bir cümləyə
sığmır sevgim nə yerə, nə də ki, göyə
nə bu otaq, nə də bu qələm və kağız
mənə bəs deyil əgər sənsizəmsə, ay qız
yalqız səsinə duyuram mən ehtiyac
bircə sözün olar mənasız ömrümə tac
[nəqarət] [elnino, uran]
qəribə məhəbbət, qəribə hisslər
hər zaman həyatımda məni izlər
qəlbimin harayıdır bu gün dilimdə
zərif qəlbin mənim kobud əlimdə
qəribə məhəbbət, qəribə hisslər
hər zaman həyatımda məni izlər
qəlbimin harayıdır bu gün dilimdə
zərif qəlbin mənim kobud əlimdə
[bənd 3] [uran]
eşitdinmi qəlbimin harayını gözəl qız?
uzaqlaşıb unutma, qoyma məni yalqız
səninlə sənsizəm, qəlb həsrətdən partlar
sənin telefonda səsin mənə bir ümid olar
soyuq ürəyə baxma, orda isti sevgi var
orda gizlənib mənim qəlbimin sahibi yar
o yar ki, verib mənə həyatda yeni həyat
əzizim sən də qəlbində yeni həyat oyat
sənin gözlərin gözəllərin gözlərindən gözəl
dumanlı həyatdan çıxart məni, uzat əl
ver mənə məhəbbət, ver mənə işıq
sənsən rəsm əsərimə verən yaraşıq
saçların dalğalı dənizin ən gözəl ləpəsi
təki toxunum əlinə, təki eşidim o səsi
nəfəsim…ehh, götür qələmi əlimdən
yenə də sevirəm sözü çıxacaqdır dilimdən
[nəqarət] [elnino, uran]
qəribə məhəbbət, qəribə hisslər
hər zaman həyatımda məni izlər
qəlbimin harayıdır bu gün dilimdə
zərif qəlbin mənim kobud əlimdə
qəribə məhəbbət, qəribə hisslər
hər zaman həyatımda məni izlər
qəlbimin harayıdır bu gün dilimdə
zərif qəlbin mənim kobud əlimdə
qəribə məhəbbət, qəribə hisslər
hər zaman həyatımda məni izlər
qəlbimin harayıdır bu gün dilimdə
zərif qəlbin mənim kobud əlimdə
Random Song Lyrics :
- amo cleusa - flavio almeida lyrics
- reposta ao mc orelha - mc godô lyrics
- a vitória é sua - rozeane ribeiro lyrics
- natural - in natura lyrics
- fiesta forever - savvy lyrics
- deus do impossível - eliã oliveira lyrics
- a porta - jairo bonfim lyrics
- embreagado - higo leonardo lyrics
- love night and day (amo noite e dia) - jorge e mateus lyrics
- reflect the night - breathe atlantis lyrics