yoxsan bu şəhərdə - tünzalə ağayeva lyrics
[bənd 1]
elə ki, külək uyudu
səsli * küylü küçələrdə
elə ki hava soyudu
demək, yoxsan bu şəhərdə
bu şəhərdə
elə ki, yuxum qarışdı
sevincə qorxum qarışdı
qəlbim dərdlə ki, barışdı
demək, yoxsan bu şəhərdə
bu şəhərdə
[nəqərat]
evində işığın sönük
yox, olmazsan üzüdönük
ən uzağı, bircə günlük
demək, yoxsan bu şəhərdə
deyək: “vaxtı çatıb, gedib”
deyək: “aydır, batıb, gedib”
soruşsalar: “atıb, gedib?”
deyək: “yoxdur bu şəhərdə”
“bu şəhərdə”
[bənd 2]
göydə ulduz doğulmursa
canım evə yığılmırsa
telefonum dağılmırsa
demək, yoxsan bu şəhərdə
bu şəhərdə
[nəqərat]
evində işığın sönük
yox, olmazsan üzüdönük
ən uzağı, bircə günlük
demək, yoxsan bu şəhərdə
deyək: “vaxtı çatıb, gedib”
deyək: “aydır, batıb, gedib”
soruşsalar: “atıb, gedib?”
deyək: “yoxdur bu şəhərdə”
“bu şəhərdə”
evində işığın sönük
yox, olmazsan üzüdönük
ən uzağı, bircə günlük
demək, yoxsan bu şəhərdə
deyək: “vaxtı çatıb, gedib”
deyək: “aydır, batıb, gedib”
soruşsalar: “atıb, gedib?”
deyək: “yoxdur bu şəhərdə”
deyək: “yoxdur bu şəhərdə”
“bu şəhərdə”
deyək: “yoxdur bu şəhərdə”
deyək: “yoxdur bu şəhərdə”
“bu şəhərdə”
“bu şəhərdə”
“bu şəhərdə’’
Random Song Lyrics :
- night terrors - robbie russell lyrics
- eu me entreguei pra você - silvano vieira & sofia bragança lyrics
- daylight - suko lyrics
- chihiro - laura siyahamba lyrics
- rocky flow - lil 2z lyrics
- baleleng - roel cortez lyrics
- nie wieder stereo, nie mehr high fidelity! - die ärzte lyrics
- greece - hendricentrix lyrics
- mess - christian lee hutson lyrics
- pc4pc - jayreck lyrics