siyasi məhbus - tuncer ali lyrics
(verse 1)
indi gəl… gülüşlər həbs edilmir
kimlərsə qaçırdı, kimsə qırağda “bəs” deyirdi
qan töküldü azadlığa, aldılar ən təmizləri
barmağlıqlar arxasında ədalət bizdədir
siyasi məhbuslar, repressiya, dustağ
elə bilirsiz ölüb diktatura; bunlar usta
qələmi satmayanların üstündə dəmir yumruq
heykəlləri qoruyun, amma bilin * hamımız quluq!
məclisin ”отход” vək!lləri, vəkilin səltənəti
referendum cinayəti parçalasın milləti
əldə silah varsa, qəhrəmanısan hakimlərin
qələm tutmaq olmaz, indi dövlət qatillərin
“azadlıq meydanı dolsun” dedikcə azaldıq
burada qanla var edilir məhkəməvin qazancı
susanların (…) ortaq olduğunu gördüm
dəli damğası vur vətənə, azərbaycan öldü
işgəncə verənlərə alqış, “halaldır! var olun!”
jurnalisti həbs elə, qan qoxan iqtidar olur
ailənlə, dostunla, sevginlə vursun
pərdə bağlananda n*z*rlər saray qursun
azad sözdən danışanlar satıldı bir*bir
repçiləri, k*n*lları susdu; guya bilmir
heç kim heç nə görmədi, indi göstər nağılları
vətən bölündü ortadan, səltənət dağılmadı
(skit)
qoy, lap qoşun göndərsinlər. mən belə hökümət tanımıram!
(verse 2)
37*dən sonra dəyişən tək adlardır
məbədiniz puldu sizin, dininiztək allahlı
atəşkəs deyənlər dağılsın indi villasında
vətən basıldı, nifrətimdə kin basılmaz
heş kim görmədi məni, azadlıq öyrədir
gözümdə bir qram dəyərin yox, bayramda ölməyin
“sus” deyənlərin qabağına sümüyünü atsın indi
sənin kabusun olan küçələr mənim evimdir
bölündü torpaq, bölündü xalq, bölündü millətim
militarizmi bayraq edin, beyinlər dəyişməli
yumruğu qaldır, sinəmdə qaldı aldığım nəfəs
qurd mərhəmət istəməz!
günəş kimi, cahan kimi, səma kimi, can kimi
azadlığı qazan, hiss elə damarda qan kimi
yalvarma! son dəfə yalvarsın onlar
lazım olsa, yaransın ikinci qanlı yanvar!
əldə bir siqaret qədər dəyəri yoxdur xalqın
fontanlarımız böyükdür, binalar ağırdı
sonra…
satıldı ölkəm
kaş cəsarətin olsaydı yuxum qədər möhkəm…
Random Song Lyrics :
- cerner - josad lyrics
- sky blue - denzel benzel lyrics
- sacrificio - morte & demone lyrics
- youalreadyknowit - the virus & antidote lyrics
- john gotti - ian hopeless lyrics
- don inna me place - hunter shane ft quppy lyrics
- 440 gtx - ayresss lyrics
- printemps - arvin lyrics
- ymwad - timryan lyrics
- toka - junior bvndo lyrics