çirkab - tuncer ali lyrics
indi həyatda olmaq qədər ağrı versən də
zərrə fərqi yoxdu, gülüm, burdan getsən də
günəş uzaqlaşdı, qurtar get sən də
yaxşı bilirsən ki, yerin var idi kölgəmdə
düzdü..
yolumu gözləyəndə ağladıqca, bir dəfə belə anlamamışdın ki, aldadırsan
özünü aldadanda belə, sadiq idin hə?
başqa evdə oyanmışam və bilmirəm kimdilər
eyni evin pəncərəsindən asmışdım səni
göz yaşıyla yuxum qaçan dəftərə yazmışdın məni
indi dərdim eyni deyil və sürgündəyəm
darıxmışdım hətta baxanda sildiyim günlərə
bakımdan uzaq düşdüm əllərimdə əllərin
və eyni hekayənin sonunda anlat gedənləri
gözümdə pərdə vardı, çiyinlərdə nifrət
inan həmin bağ da dünən iyrənirdi bizdən
qanımdan axdıqca xatirən də ucuzlaşıb
bax, gecələrin ortasında nifrətimiz dolub daşır
o gündən uzaq dur, haqqı yerdə qoyma
çünki fəxrim idi o gün intiharın olmaq
biraz günahkar hiss edə bilsən bəsdi
və əslində xəyanət deyildi günahın əsli
səndən sonra, tonla mənzərədən keçdim
deyirdim ki, gecdi, anlamırdı heç kim
və ölmək çətin deyildi, mən çətində qaldım
adını yazdığım kitabda, hər sətirdə yandım
nə vaxt səndən yazsam, qan aldı beynimi
hamı gedir, bir ego’m və bir qaranlıq eynidi
insanı insan satırmış, insana insan qənim
sağ tərəfimdə pitbull və yol çəkirdi gözlərim
oturub səhərə qədər danışsam və yazsam
gözlərimiz bağlananda anladım, günahsan
kaş biraz cəsarətin olsaydı, ölməyə
onun yerinə yalvarmışdın ki, “o gün dön mənə”
mən keçə bilməzdim adımdan və sən də ölməzdin
hələ də adın eyni qalırsa, mərhəmət hörmətdi
dünən yolda gördüm uzaqdan baxanda
təmiz görsənirdi gözlərin və day səsin tanınmır
məhlənizdə yad maşında yatıb qalmışdım
oyandığım anda bəyaz buludlar dağıldı
xəbər tutmasaydım o gün, peşman olardım
elə bilərdim eyni qalmısan, nəfəsim daraldı
palçığdan yarandın, çirkab haqqındı
qapımda şeytan yatırsa, insan artıqdı
bağışla da..
yazanda ağlamaq tərzim deyildi
əllərin o səhifədə idi, gəl sil, beyinsiz
dərdim sevinsin indi, əl çirki idin
eşidəndə sevinmişdi, hər kim bilirdi
Random Song Lyrics :
- no earrape flow - denzel benzel lyrics
- do widzenia - płomień 81 lyrics
- letters - rowlette lyrics
- mala - irelle yoko lyrics
- dreams (just saying) - jovislash lyrics
- dearly departed - the bombpops lyrics
- blew - madeline rosene lyrics
- sagrada familia - oro bianco lyrics
- calm down (feat. elessie) - begneto jack lyrics
- time - maty noyes lyrics