3'8 - tuncer ali lyrics
qaranlığıma baxdı ömrüm, geriyə qaçdı görünmədən
tanrının tam yanındayam, gəlirsənsə ölümlə gəl!
gülüşlərini satıb getdi qaranlığımı görüb gələn
ürəkdə duyğu qalmır palçıqlı şəhərə dönür bədən!
gözlərim qan axtaran yerdə ən gözəl sözün hədər
nəfəsi verdi çəkdi nəzəri, ruhum dərddi özüm kədər
cənnətə çıxmaq olmur düz yoldan, hər yönüm dərə
son dəfə bax son dərdim! sənə yandım sönüb mənə!
gələcəyi qurban verib keçmişini olmaz unutmaq
dəliylə bacara bilməzdin! indi onla durub bax!
dəlixana, edam və son dahiləri orda vurublar
utanclarıma inanc evdə pərdə yolda buludlar!
gələnlər getdi, tuncərsə dərs ala bilmədi
getdiyin yol cinayətsə burda hər yara kirlənir
uşaqlığıma kirli xatirələr, ən qara illərim
əlimdə heç nə yoxdu.. gözlər qana kinlənir!
3’8!
bir də kəndirə bağlanmalıydı yolların sonu
şəhr*i külək nifrəti var edir qollarım dolur
qışqırırdı dərya ortasında sol yanım donur
atəşə dəvət çıxardı mənlə ol yarın yolu
pərdələrimi tərpədib kölgələri üstümə çökdü
iynələrimi gizlədər, damarla küsdürər ömrü
yalvarırdım əl çək! amma burda güzgülər ölmür
son notları yazıb xəyallarımı üç günə böldü!
xatirələri unutmaq kifayət deyil, beynimi al!
üç mərtəbə hər palatanın önündə eyni divar
səkkiz dəfə getdi, qayıtmadı. boyadı geyimini qan!
qapıları bağladı yox oldu ağrılarım keyidi bir an
anladım ki görünməyəcəm hamısı beynimə düşmən
dərdləri yarla var edən yoxluq heç kimə gülməz
dumanla bir neçə ürək və hakim zehnimə zülmət
gəlmə! sənə qurban, bakı, getdim əlindən!
Random Song Lyrics :
- god bless the dead - bright campa lyrics
- see me back - the merseybeats lyrics
- processo - eskini skl lyrics
- superhero (heroes & villains) [mixed] - metro boomin, future & chris brown lyrics
- young old - чувство (chuvstvo) lyrics
- den for mig (feat. flytlie) - loui bear lyrics
- talk my shit - sha gz lyrics
- hot n cold (party rock remix) - katy perry lyrics
- exotic bound (freestyle) - swish da god lyrics
- freestyle instagramerie 8 - hippocampe fou lyrics