ulduzların arasında - tibu km lyrics
[nəqərat]
ulduzların arası ilə gedək aya
bax, ovcumun içi işıq dolu saydam
hərəsi bir tərəfə saçılıb eyyam
bu, mənim azadlığıma meyar
ulduzların arası ilə gedək aya
bax, ovcumun içi işıq dolu saydam
hərəsi bir tərəfə saçılıb eyyam
bu, mənim azadlığıma meyar
[bənd 1]
yaşamadım halal bu dünyanı
gedəcəm bir gün haram
uzadım istəmədikcə bu həyat
mənə bəxş etdi küçə, dar dalan
gecədən qalan şeylər başımda dolanır
dağıdır, yığılıb kalan
mən sandım, düz yoldaydım
yol ayırdı, gördüm nə qədər yalan
bəlkə də, müharibədir sonsuz
mən dərdimə çarəni taparam
nə vaxt olur, olsun
uzaq olaram hər bir xətadan mən
qaçaram, hər nə gəlsə, açılar
qapılar üzümüzə hər an, səbir!
adımız hər əsərdə, yaşayıb
görərik, danışma, hər nə isə
[bənd 2]
mənə maraqlı deyil sənin ‘’body’’in
mən özüm də deyiləm ‘’bodybuilder’’
əynimdə qara bir ‘’hoodie’’
keçmişə baxdım, elədim ‘’filter’’
rejim düzəlmədi, yuxudan qalxdım
düşdük şəhərə gecə bir vaxtı
bakı küləklər şəhəri
keçiddən girdim, “капюшон” taxdım
yenə qanımda morfin
mən zombi, mərtəbə on bir
ora uçurum adlanan dərya
o dəryada sürdüm sörfinq
mən çəkildim qeybə
hər şeyi aldım qeydə
satdım ruhumu şeytana
amma satmadım heç nəyi evdən
qismət olur bir anlıq
qiymət sənə verəcək tanrı
oldum dəliqanlı
bir də gördüm, getdi cavanlıq
dalınca qaçmadım, heyif
yox idi o vaxtı beyin
olubdur səliqəli geyim, amma
üz qırışlarım dərdimi deyib
dalınca qaçmadım, heyif
yox idi o vaxtı beyin
olubdur səliqəli geyim, amma
üz qırışlarım dərdimi deyib
[nəqərat]
ulduzların arası ilə gedək aya
bax, ovcumun içi işıq dolu saydam
hərəsi bir tərəfə saçılıb, eyyam
bu, mənim azadlığıma meyar
ulduzların arası ilə gedək aya
hərəsi bir tərəfə saçılıb, eyyam
Random Song Lyrics :
- liars - krrrrriiish lyrics
- infra-red call the ambulance remix - placebo lyrics
- uncle tona - 88 camino lyrics
- orașu’ e-n flăcări - vlad dobrescu lyrics
- pa la pèn - pon2mik lyrics
- how can i - martin nievera lyrics
- entente - lyricalchimie lyrics
- en caille - al bandit lyrics
- gjonaj vs. chilla jones - king of the dot lyrics
- carita linda feat olga tañon - grupo manía lyrics