şəkillərin intiharı - tibu km lyrics
[bənd 1] [elvis gabriel]
bu gün çox yorğunam, bir az da içkiliyəm
sevgidən danışmayın içkiliyə
arada mahnı yazırdım, arada gündəliyə
arada unutmaqçün içməliyəm
yaralar ağrı verir, ayrılıq gözümdədir
hələ də o məktubun özündədir
getdiyin an ürəyimi apardın özünlə bir
de görüm sözün nədir?
səni məndən soruşanlar gəldi, getdi
məni dəli edən dünən onun zəngi etdi
dedi, sən gedən gündən həyatımın rəngi getdi
amma həyatımdan rəngin getmir
hər şey yox, çox şey səndən asılıdır
şək!llər intihar edib, ipdən asıldı
yeridiyim yollar bataqlıq
narkotik deyil, sən idin ən böyük asılılıq
səndən kilometrlərlə uzaqdayam
yaxşı ki, bilmədin heç nə haldayam
sən mənə möhtac idin, yanında yox idim yenə
deyəcəkdim “sevirəm”, dəstəyi qoydu yerə
[nəqərat] [tibu]
bizi ayıran bu yollar
yat, sənə şirin yuxular
eyni evdə eyni yorğan
amma isidir bizi başqa qollar
bizi ayıran bu yollar
yat, sənə şirin yuxular
eyni evdə eyni yorğan
amma isidir bizi başqa qollar
[bənd 2] [tibu]
əlində əyri güllər
təsadüf eyni kafe, gəlmək eyni gündə
baxır gizlin mənə, qeyri gülər
ofisiant, bu stoldan bax o qıza ürək göndər
bu dəqiqə baxmamağım saniyə çəkər
səni çəkib elə bil rəssam, bir az da zərgər
fikirləşir, yanıma başqası gələcək bəlkə
yox… mən bu gün təkəm (mən hər gün təkəm)
əlimdə badə dolu
görürəm sevgilin var, xoşbəxt olun
mən isə həmin tibu, sənə oxşar qız tapıram
səni hələ də qısqanıram
mən səni çıxartmadım özümdən
məni sən çıxardırdın özümdən
nədənsə gülüşlər əksilib üzündən
hərdən yadıma düşürsən, hərdən gözümdən
ikiüzlü gözəl, başına tac taxılıb
ürəyimi götürməyə gəlmişəm, aç qapını
və bir də şək!llərini atma “mail”a
qocalmısan, leyla…
[nəqərat] [tibu]
bizi ayıran bu yollar
yat, sənə şirin yuxular
eyni evdə eyni yorğan
amma isidir bizi başqa qollar
bizi ayıran bu yollar
yat, sənə şirin yuxular
eyni evdə eyni yorğan
amma isidir bizi başqa qollar
Random Song Lyrics :
- фак ю рок (fuck your rock) - awesomoff. lyrics
- luv dejavu - riri (jp) lyrics
- figure it out - matthw lyrics
- cat nap (zzz) (cat.flp hardcore nvr d13 vip) - cat.flp lyrics
- hiszpańska inkwizycja - olshu lyrics
- é os guri, pega a visão! - vitxjkre lyrics
- bring out the rebel - sleeze beez lyrics
- idios - trash boat lyrics
- increíble - rolf sanchez & kris kross amsterdam lyrics
- la vie est dure - idris makazu lyrics