lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mənzil 17 - tibu km lyrics

Loading...

[bənd 1] [tefo]
gecə oyaq, gündüz yatırdım
içdən gülürdü, ürəyimə yatırdı
gülümsəyəndə yanaqlar batırdı

mən olmayanda yada salardıq
gah ayrı evlərdə, gah da ki, bir qalardıq
ad günü… ya itib batırdım
ya köhnə hədiyyələri satıb, təzəsin alırdım

payız küləyi… əsir həzin
sən yaşıl sevgi, qurtarmır həzzin
nə qədər ki, varsan döyünür nəbzim
deyəsən bu binaydı, hansısa mənzil

məndən uzaq o yoxa alışdı
aparırdılar məni, dedilər yoxlanışdır
sevgilim var * dedim, yox idi, yoxlamışdım
bağışla, o üzüyü də səninçün oğurlamışdım

[bənd 2] [tibu]
keyfi damaq, dumanlar
sənə hədiyyə etmək, səhərə qədər qumarlar
ayrı*ayrı şəhərlər, gözləmə gəlişimi
yanına gələn qatarlar, gecikən sərnişinəm
qanlı əl işim, qara gülüm
sevgiliyəm, amma yadımda deyil ad günün
əlini çək və dəymə, sevgini söndür
mən dedim * get və gəlmə, demədim məni öldür

sms*lər, ürəyini sancan deyiləm
qapıma yaxın durma, açan deyiləm
qırarsan, döymə bərkdən
bəlkə götürərdim, bir az gözləsəydin xətdə

taleyimizi çəkirdi sərxoş, kor rəssam
ağlama, uzada bilmirəm sənə dəsmal
ayrılıq bəhanə, hisslər vərəqə köçürdü
gəlmişdim məhlənə bu gün, dedilər ki, köçübdür

[nəqərat] [tefo]
dağılmış çarpayı
tüstüdən görsənmir bayır
olmadı oxşarın, tayın
sənsiz keçirmək bu yayı

dağılmış çarpayı
tüstüdən görsənmir bayır
olmadı oxşarın, tayın
sənsiz keçirmək bu yayı

Random Song Lyrics :

Popular

Loading...