lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

köhnə ev - tibu km lyrics

Loading...

[bənd 1] [dn jo]
danışan başqa qızdır, yenə oyandım bir zəngə
bunların heç birin istəmirəm, tək xahişim * sən gəl
əlimdə gül ləçəklərinin kaş ki, biri artıq olsa
doğrudan maraqlıydı, yenidən sevərdi bəlkə?

bu gün yenə eyni sualı verdi, “nihad nəyinəm?”
sən torpaqsan, mən sənin içində meyidəm
eşq xəstəsi, heç bir həkimin yanına getmə
bilirəm, xəstəsən sən, etirafım * mən yalançı seyidəm

bir gün cürət edib qəlbimi tam ortadan yarsan
sol tərəfdə şəhər tikdim, içində sən də varsan
söhbət tərəf deyil, sən olduğun hər yer gözəldi
və bakını çox sevirəm, çünki içində sən də varsan

sevmək vərdiş halını alıbsa, heç tərgitmə
təkrar sevərdim və tək şərtim * tərk etmə
eyni şəhərdə olmağımız daha da pisdir, bilirəm, amma
bakı getsin, sən qal, sən getmə

№o böyük sevgini qəlbindən çıxart№ deyirsiniz
özünüzün hər görüşdə aldığınız çiçək nə idi?
o sizi çox incidir, siz ona “həyat” deyirsiniz
sevginizi başa düşdüm, bəs “əlini çək” nə idi?
[nəqərat] [tibu, dn jo]
otaqda yanır şam
qaranlıq pərdə, tül
sevgilim, nə olar gir obraza
yalandan gül

yuxarıdan damır dam
əlimdə çoxlu gül
bu gül dəstəsi sənin deyil
yanımda bax, üzül

otaqda yanır şam
qaranlıq pərdə, tül
sevgilim, nə olar gir obraza
yalandan gül

yuxarıdan damır dam
əlimdə çoxlu gül
bu gül dəstəsi sənin deyil
yanımda bax, üzül

[bənd 2] [tibu]
burda bir ev var, içi soyuq, isinməkçün yararlı
hər həftədən bir o burda mənimlə bir qalardı
o düz bir saat məni qucaqlayıb ağladı
biləndə ki, ətrafımda reperdən çox narkomandır
mənlə olmur axı o xoş körpülər
yadında necə çıxarırdılar məni bölmədən
sonra sən inciyirdin ürəkdən, yalansa
zəng edir anası: “əl çək qızımdan, sən avarasan”

sevgi hissi ağzı üstə dəydi
necə axı “ayrılaq” deməyinə üzün gəldi
baş hərflərimiz yanbayan, ortada “üstəgəl”dir
ürəyim təmizdir, götür, ciyərim tüstüdəndir

o dözmür artıq, real deyil dözməsi
elə bir problemdə yoxdur ki, o mənlə görməsin
incidərəm, buraxmaram harasa tək getməyə
axı mənim də haqqım var onu belə sevməyə

keçmişini ver mənə, özüm oranı təmizləyim
gözünü yum, səni dodağımla əzizləyim
səhvlərimi basdıraq indi, mən artıq qazıram
mən sevə bilməsəm də, sevgidən qəşəng yazıram

[nəqərat] [tibu, dn jo]
otaqda yanır şam
qaranlıq pərdə, tül
sevgilim, nə olar gir obraza
yalandan gül
yuxarıdan damır dam
əlimdə çoxlu gül
bu gül dəstəsi sənin deyil
yanımda bax, üzül

otaqda yanır şam
qaranlıq pərdə, tül
sevgilim, nə olar gir obraza
yalandan gül

yuxarıdan damır dam
əlimdə çoxlu gül
bu gül dəstəsi sənin deyil
yanımda bax, üzül

Random Song Lyrics :

Popular

Loading...