lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

es - tibu km lyrics

Loading...

[bənd 1]
sən elə bil rəvayətsən, mənə bir rəva etsən
çəkərəm saçlarını dəniz dalğa, səma versə
sənə elə bil əmanətsən, ömür boyu dəvam et sən
elə bir məhəbbətsən, qalaram lap şəfan getsə

elə bil təravətsən, əynimdə vəfat et sən
əlimdə gülərlə gələcəm bu gün nahar etsək
elə bil rahat olaram hər şeyi halal etsən
ölürəm soyuqdan, kaş qışımı bahar etsən…

ürəyimi gəzdir özünlə, sən ziyarətsən
sənə görə öldürərəm mən, sən cinayətsən
hisslərlə daxma qurmuşam, sən imarətsən
mən bu gün qanun pozmuşam sən ədalətsən

mən elə bir sürünən səfil, sən ibadətsən
mən elə bil çirkab içində, sən qiyamətsən
mən elə bil sıxılan yumruq, sən şəhadətsən
mən elə bil on altı cümlə, sən nəqarətsən…

[nəqərat]
sən ayrı bir aləmsən, tapdın məni nəhayət sən
sən mənim bir ailəmsən, sən ayrı bir məharətsən
ayrı bir məlahətsən, hərarətsən, ziyafətsən
mən sevgidən qorxurdum, verdin mənə cəsarət sən!
sən ayrı bir aləmsən, tapdın məni nəhayət sən
sən mənim bir ailəmsən, sən ayrı bir məharətsən
ayrı bir məlahətsən, hərarətsən, ziyafətsən
mən sevgidən qorxurdum, verdin mənə cəsarət sən!

[bənd 2]
bütün sevənlər üçün! atıb gedənlər üçün!
gözəldir sevgi, o gözəl qızları görmüşəm hər cür
oluram təəccüb, ilk dəfə gülləri alıram sənçün
qapındayam sənin, heç bilmirəm bura gəlmişəm nə üçün

ayrı bir ətri, nəfəslər var onda
mənim kimi, qəlbinin içində qəfəslər var onda
mən zəhər alırdım, yanında başım gedirdi
əlimdən tutub, gözü axaraq o məni sevirdi

söz verirdim, and içirdim, o qara şeylərə toxunmaram
amma hər gecə gəlirdi yuxularıma, tər içində durub soyuqlamaq
sağalt məni bu saat məni, bu dəqiqə, buraxma rahat məni
yalvarıram, indi fikirləşmə ki, yəqin tapmısan nahaqq məni

dəyişmişəm mən, sözün düzü, zaman üzür
dolu səhvlərlə gəlmişəm mən, bu səhv dolu çantanı saxla özün
yüz dənə işlər çevirmişəm mən, heç vaxt olmayıb saxta üzüm
mənim gözlərimə diqqətlə bax, ilk dəfə çünki axmır gözüm…
[nəqərat]
sən ayrı bir aləmsən, tapdın məni nəhayət sən
sən mənim bir ailəmsən, sən ayrı bir məharətsən
ayrı bir məlahətsən, hərarətsən, ziyafətsən
mən sevgidən qorxurdum, verdin mənə cəsarət sən!

sən ayrı bir aləmsən, tapdın məni nəhayət sən
sən mənim bir ailəmsən, sən ayrı bir məharətsən
ayrı bir məlahətsən, hərarətsən, ziyafətsən
mən sevgidən qorxurdum, verdin mənə cəsarət sən!

Random Song Lyrics :

Popular

Loading...