ayaqyalın - tibu km lyrics
[bənd 1]
otaq hal*əhval verir, asmışam gillanda
hələ də çatmaz kimi baxıram vitrindəki brilyanta
əlimdə qırıq, kir, həyatı bənzədirəm bilyarda
sənətimi almaq istəyirsiniz mənim, satıram 1 milyarda
uğurlar uzaq deyil, bir balaca döz yerində
görəsən mən təkəmmi darıxan gecələr öz evində?
və hansısa bahalı restoran, aralı öz evimdən
ən dadlı yeməklər bişir hərənin öz evində
zaman qocaldır, aldı illər ağlımı
elə maraqsızlardır öldürürdü marağımı
kim uzadır saqqal, kimi qısaldır balağını
bakı küləklər şəhəri, uçurdub çoxunun papağını
yaman qocaldan, həyatın xətasıdır
kim isə itirir başın, kim isə əbasını
kim isə qılar namaz, kim isə qəzasını
cəzalarınız gülməlidir, verin bizə ölüm cəzasını
[nəqərat]
hələ də mən ayaqyalın
hər mahnıya canım yanır
hələ yarıma yarım qalıb
bir mahnılıq canım qalıb
hələ də mən ayaqyalın
hər mahnıya canım yanır
hələ yarıma yarım qalıb
bir mahnılıq canım qalıb
[bənd 2]
mən sona qədər vuruşub, mənlədir bu gic dəlilər
divarlar, qan izləri, yumruqlar dönür dəmirə
heç kimi istəmirəm, izləmirəm, pisləmirəm
mənə layiq olanı verin, çox şey sizdən istəmirəm
dostlar azaldı, dağ bir damcı qarlamadı
məni danladı atam, mən oğlumu danlamadım
tibu, sən istədiyin kimi, bilirəm parlamadın
ya sən insanları, ya insanlar səni anlamadı
və yalandan ümid verməyin, gələcəyim parlı
köhnə sevdiklərim xoşbəxt, köhnə dostlarım varlı
dəyərmi vida edən insana bir də həyat vermək?
dəyərmi həyatımı məhv edən şeyə “həyat” demək?
(həyat demək) mən tale damarların doğramışam
nə qədər cəhd eləmişəm, nə qədər yoxlamışam
mən tamam birinə oxşamışam
mən sanki öz birinci həyatımdan boşanmışam
[nəqərat]
hələ də mən ayaqyalın
hər mahnıya canım yanır
hələ yarıma yarım qalıb
bir mahnılıq canım qalıb
hələ də mən ayaqyalın
hər mahnıya canım yanır
hələ yarıma yarım qalıb
bir mahnılıq canım qalıb
Random Song Lyrics :
- pour l'argent - la hasba22 lyrics
- petty change - tg.blk lyrics
- de vez en cuando - franco "el gorila" lyrics
- this is not about you - ultra sunn lyrics
- с закрытыми глазами (with my eyes closed) - bezhimbo, playasin & shawtyglock lyrics
- let it go - annthegreatest_music lyrics
- fight for you! - aloofyr lyrics
- believe in me - yung tarrio lyrics
- yakané - dobet gnahoré lyrics
- da stanem ne smem - eldorado lyrics