pətək - talıb tale lyrics
(bənd)
sevdisə çox həssas olur ürək
yaman olmuşam ürəyi kövrək
mənim gözümdə, ən gözəl göyçək
bil ki bir sənsən, bir huri mələk
(bənd)
elə sevinəm üzünü görcək
anlayıram bu sevgi bir gerçək
eşqimiz şirin bal kimi desək
sevgindi çiçək, qəlbimdi pətək
(nəqarət)
bir ürəyim var, yarısı səndə
min istəyim var, hamısı səndə
mən istəsəm də, istəməsəm də
qəlbim pətəksə, arısı səndə
(bənd)
qaranlığımın işığı səndə
küssəm həyatdan barışığı səndə
həyat gözəldir sevib*sevəndə
o gözəlliyin yaraşığı səndə
(nəqarət)
bir ürəyim var, yarısı səndə
min istəyim var, hamısı səndə
mən istəsəm də, istəməsəm də
qəlbim pətəksə, arısı səndə
(nəqarət)
bir ürəyim var, yarısı səndə
min istəyim var, hamısı səndə
mən istəsəm də, istəməsəm də
qəlbim pətəksə, arısı səndə
Random Song Lyrics :
- yellow - taichi mukai lyrics
- we are pristin - 프리스틴 lyrics
- acabou nosso amor (ao vivo) - saia rodada lyrics
- malcolm - xpert lyrics
- yell - 私立恵比寿中学 lyrics
- grita al cielo - gustavo galindo feat. pedro capó lyrics
- dhaadasho qaaci 2017 - maxamed bk lyrics
- 2005 - owen ovadoz lyrics
- mama - azuul smith lyrics
- forever and always - giant sand lyrics