şəhid anası - tacir şahmalıoğlu lyrics
[bənd 1]
bir oğul böyütdün üstündə əsə*əsə
laylay dedin gecələr ömründən kəsə*kəsə
vətən əsgər çağırdı, tale, qismət bu isə
öpüb alnımdan dedi: ‘’get, ay evimin qalası’’
[keçid]
məktubu aldım o gün sevinib gülə*gülə
oxudum qara xəbəri onu sağ bilə*bilə
öpərək rəsmlərin gözdə yaş gilə*gilə
bildirmədən heç kəsə tutdu qəlbində yasın
tutdu qəlbində yasın…
[nəqərat]
vətən yolunda şəhid olub onun balası
mərd oğlun mərd anası, gəlir şəhid anası
dikmə gözlərini yerə, ana, qaldır başını
xalq qərənfillə bəzər onun məzar daşını
onun məzar daşını…
[bənd 2]
‘’oğul, oğul’’ deyərək bu dərdə dözə*dözə
bu xəyallar içində o gəzir üzə*üzə
toyunda oynamadın sən onun süzə*süzə
qəbri üstündə, aşıq, çal ayrılıq havasın
[keçid]
torpaq oğul istədi, sən verdin, ay ana
ağlamazlar şəhidi, ağlama yana*yana
indi mübariz adı çevrilibdir dastana
üçrəngli bayrağımız onun bəylik libası
üçrəngli bayrağımız onun bəylik libası
[nəqərat]
vətən yolunda şəhid olub onun balası
mərd oğlun mərd anası, gəlir şəhid anası
dikmə gözlərini yerə, ana, qaldır başını
qalx, qərənfillə bəzə onun məzar daşını
onun məzar daşını…
[çıxış]
milli qəhrəman deyir bütün el sənə
bu ad fəxr gətirdi, ay oğul, mənə
əsgərlər də and içib, söyləyib dönə*dönə
biz ilhamla alarıq düşməndən qan qisasını
biz ilhamla alarıq düşməndən qan qisasını
Random Song Lyrics :
- zouin - 404billy lyrics
- sham pain - five finger death punch lyrics
- love sonic death - sonic death lyrics
- hold up - kingdom (korea) lyrics
- late night - bokoesam lyrics
- grace - sylvia st. james lyrics
- cups of coffee - alien family lyrics
- banquete - cantoverbo lyrics
- thrill seeker - plankeye lyrics
- common lives - metric lyrics