ana ayrılığı - tacir şahmalıoğlu lyrics
[bənd 1]
ana, ayrılığın yaman ağırdır
ağladım, gözümü yaşlar apardı
sənsiz talan olmuş xırman yeriyəm
daşıdı dənimi, quşlar apardı
[nəqərat]
qaçsam da dünyanın dərd*kədərindən
bağrım şan*şan oldu min bir yerindən
qəm öz kotanını çəkdi dərindən
şumladı sinəmi, xışlar apardı
şumladı sinəmi, şumlar apardı
[bənd 2]
inana bilməzdim, vüqarım sına
mən dözə bilmədim ana yasına
yaman öyrənmişdim yaz havasına
üşüdüm, qəlbimi qışlar apardı
[nəqərat]
yağıbdır başıma dağların qarı
heç oldu gözümdə dünyanın varı
yeriyə bilmədim qəbrinə sarı
süründüm, dizimi daşlar apardı
süründüm, dizimi daşlar apardı
[keçid]
oğul həsrətinə dözə bilmədi
yaman bükülübdür beli anamın
beli anamın…
o gedəli bir gün üzü gülmədi
nə tez açılıb soldu gülü anamın
coşqun çaylar kimi çağlayammadı
sinəsi aşkar dağlayammadı
oğluna dil deyib ağlayammadı
sanki tutulmuşdu dili anamın
dili anamın…
fələk ağ gününə qaralar yazdı
qəlbini dağladı, bağrını əzdi
dərdi olmayanlar bilə bilməzdi
göylərə sovruldu külü anamın
külü anamın, külü anamın
külü anamın…
[nəqərat]
yağıbdır başıma dağların qarı
heç oldu gözümdə dünyanın varı
yeriyə bilmədim qəbrinə sarı
süründüm, dizimi daşlar apardı
süründüm, dizimi daşlar apardı
süründüm, dizimi daşlar apardı
süründüm, dizimi daşlar apardı
[çıxış]
yerimək istədim qəbrinə sarı
süründüm, dizimi daşlar apardı
süründüm, dizimi daşlar apardı
(süründüm, dizimi daşlar apardı)
Random Song Lyrics :
- fire and flame - tyr lyrics
- carré - tunisiano lyrics
- 06 93... - sefyu lyrics
- café court - james baker lyrics
- where i don't belong - alejandro fuentes lyrics
- the beekeeper - dessa lyrics
- no come down - run the jewels lyrics
- soportales - directo acustico - despistaos lyrics
- august - dusty lyrics
- mexico (f. club dub) [deluxe edition] - cunninlynguists lyrics