dost - svfi lyrics
[svfi: verse 1]
çox dəyərli xatirələr
indi gəlir adi mənə
bilmirəm ki, axı nədən
görünmürsə heç bi’ nədən
tutulmursa heç bi’ vədə
unudulur heç bilmədən
vədə gərək duyur nələr?!
ruha gərək duyur bədən
nəsə doğru deyil, dostum
nəsə doğru deyil, mən
nəyə doğru deyim dostum?!
nəyə doğru deyim?!
denən enək yer üzünə
ya da gedək göy üzünə
baxıb gül üzünə, yenə baxıb gül üzünə
dostum, olub bitənləri təkcə bakı bilir
bil ki, burda ölən, itənləri təkcə bakı bilir
bəlkə biz də itmişik hamımız öz küçəsində
evsizi öz kisəsində, soyuqda tir*tir əsirlər
məndə yaş on səkkiz
qabaqda yol yox səhvsiz
gedilmir bu yol sənsiz
dost, sən olma səssiz
dəyişir fəsillərim
hər kəs durmadan gedir
səmada durnalar gedir
zaman da durmadan gedir
çoxu da yaşıldan gedir
dilənçi maşınla gedir
bilmirəm, nə işdir bu, dost
ağlım başımdan gedir
qalmır səbr də daha
tükənir qram*qram
tək tənha durammıram
kimsəyə də inanmıram
[svfi: chorus] * x4
bu elə təxəyyül ki, düşünərkən qanım donur
quşlar zühur edir, dənizlər də balıq dolur
tək qalansa fağır olur, dost gedişi ağır olur
boş ver qüruru, dost. bir daha dön çağır onu
[svfi: verse 2]
sözlər elə*belə sözlər deyil, dost!
hər dəfə həqiqəti gözlər beyin
mənə hər zaman, hər dəfə həqiqəti deyin
çün salmayaq yalançı təriqətə meyil
bil bu nəsihət qızıldan baha
bu vəziyyət düzəlməz daha
dönərlər dağa dərdlərimiz
bil bizimsə qaralar əllərimiz
belə*belə keçirik nə qədər illəri
bu yolda ruhlar nə qədər inlədi
kimsə də bilmədi, kimsə də dinmədi
dua edərdi kilsədə biriləri
ümidlər içində boğulan bir qul
düşünür bəlkə bağışlanar
kimisi inanır bağışlana, dost!
kimisi inanır yağışlara
həm rəbbə doğru gedən qul
həm dinə tərsə verən pul
ya bu yan ol, ya o yan ol
tək arzum, ömrə doyan ol
ey nəfsim, mənim səsimi duyan ol!
ki, duyan ol sən həqiqəti
denən fikir nədir qəti?!
çəkim tətik!
öl qutar!
bu yoldan da dön qutar
haqqımızı böl qutar
yerində də mövcüd olar
damla*damla göl
sən anla*anla öl
yazır sağda*solda mələklər
sözümü dedim vaxt tamamdı’ nəysə gedim gərək mən
Random Song Lyrics :
- asog - young prez lyrics
- espaço vazio - well mc lyrics
- play my song - youngblood (producer) lyrics
- søndag - agonal lyrics
- best friend - johnny cash lyrics
- okay - medina lyrics
- merda per gaggi - cool caddish lyrics
- kylie from connecticut - seeds album version - ben folds lyrics
- support - sanjkez & exxplant lyrics
- den sista jäntan - monica zetterlund lyrics