
toxunma qız ürəyinə - şövkət ələkbərova lyrics
[bənd 1]
toxunma qız ürəyinə
tez kövrəlib sına bilər
bəzən soyuq bir baxışdan
qız ürəyi dona bilər
qız ürəyi quş yuvası
əl vursan, quşlar hürküşər
pozular göydə sırası
durnalar da ayrı düşər
[nəqərat]
sındırma qız ürəyini
ana qəlbinə qar yağar
duysan arzu*diləyimi
ana qəlbinə gün doğar
sındırma qız ürəyini
ana qəlbinə qar yağar
duysan arzu*diləyimi
ana qəlbinə gün doğar
[bənd 2]
toxunma qız ürəyinə
eşidər qızlar, inciyər
yerdə bulaqlar inciyər
göydə ulduzlar inciyər
küsdürmə qız ürəyini
küsər səndən öz ürəyin
günahından, taqsırından
heç zaman keçməz ürəyin
[nəqərat]
sındırma qız ürəyini
ana qəlbinə qar yağar
duysan arzu*diləyimi
ana qəlbinə gün doğar
sındırma qız ürəyini
ana qəlbinə qar yağar
duysan arzu*diləyimi
ana qəlbinə gün doğar
sındırma qız ürəyini
ana qəlbinə qar yağar
duysan arzu*diləyimi
ana qəlbinə gün doğar
Random Song Lyrics :
- i feel for you - duke special lyrics
- smoth - correria lyrics
- introduction - bains. (rap) lyrics
- ilefo illuminati - olamide adedeji lyrics
- blue dolphin - 2 chainz lyrics
- mu-sick - kaos lyrics
- day ones - rochelle jordan lyrics
- streetlife - jayboogz lyrics
- beast (radio edit) - vicetone lyrics
- underworld - symphony x lyrics