
qoy gülüm gəlsin, ay nənə - şövkət ələkbərova lyrics
[bənd 1]
arazam, kürə bəndəm
bülbüləm, gülə bəndəm
dindirməyin, qəmliyəm
bir şirin dilə bəndəm
[nəqərat]
qoy gülüm gəlsin, ay nənə!
qoy yarım gəlsin, ay nənə!
qapıda duran oğlana
irəhmin gəlsin, nənə!
qoy gülüm gəlsin, ay nənə!
qoy yarım gəlsin, ay nənə!
qapıda duran oğlana
irəhmin gəlsin, nənə!
[bənd 2]
bu gələn haralıdır?
dağların maralıdır
əyil, üzündən öpüm
ürəyim yaralıdır
[nəqərat]
qoy gülüm gəlsin, ay nənə!
qoy yarım gəlsin, ay nənə!
qapıda duran oğlana
irəhmin gəlsin, nənə!
qoy gülüm gəlsin, ay nənə!
qoy yarım gəlsin, ay nənə!
qapıda duran oğlana
irəhmin gəlsin, nənə!
[bənd 3]
mən əziziyəm, zirəsən
zəfəransan, zirəsən
o günə qurban demişəm
sən qapıdan girəsən
[nəqərat]
qoy gülüm gəlsin, ay nənə!
qoy yarım gəlsin, ay nənə!
qapıda duran oğlana
irəhmin gəlsin, nənə!
qoy gülüm gəlsin, ay nənə!
qoy yarım gəlsin, ay nənə!
qapıda duran oğlana
irəhmin gəlsin, nənə, ey
[bənd 4]
qarabağın düzü var
düzlərində quzu var
iki könül bir olsa
kimin ona sözü var
[nəqərat]
qoy gülüm gəlsin, ay nənə!
qoy yarım gəlsin, ay nənə!
qapıda duran oğlana
irəhmin gəlsin, nənə!
qoy gülüm gəlsin, ay nənə!
qoy yarım gəlsin, ay nənə!
qapıda duran oğlana
irəhmin gəlsin, nənə, hey!
Random Song Lyrics :
- drug stories - payroll giovanni lyrics
- haram - curse upon a prayer lyrics
- загадай желание (make a wish) - шарп (sharp) (rus) lyrics
- hotel room - hot head show lyrics
- ravitaillé - mikezup lyrics
- trinta por uma linha - drai lyrics
- what's the plan?, pt. 2 - lv8r lyrics
- anyhow - dorothy norwood lyrics
- invisible (live) - minus the bear lyrics
- alive - rouge way lyrics