lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qoruya bilmədim cavanlığımı - sekine bilalova lyrics

Loading...

dörd divar içində qocaldı ömrüm
pərvazlı bir həyat görə bilmədim
bənnalıq etməkdə gəlmir əlimdən
xoşbəxtlik divarın hörə bilmədim

çəkilib köşəmə yazdım kədərdən
kəlmələr sinəmi boğdu qəhərdən
hərkəsin keçdiyi o küçələrdən, boylandım bir səni görə bilmədim

nələr doğru oldu nələr bəhanə
əzab çəkməy üçün gəldim cəhanə
gündüzüm gecə tek qaraldı birdən
ömür karvanını sürə bilmədim

bu əllər qələmlə yoğrulub dündən
yazmadı sevincdən, yazdı zülümdən
bir gündə yazacaq əlbət ölümden
ömür pillakənın hörə bilmədim

göz yaşım bulaq tək qaynadı daşdı
qəm qüssə doymadı boyumu aşdı
qalmışam illərdi mən gözü yaşdı
sevinç baxcasına girə bilmədim

qoruya bilmədim cavanlığımı
yıxıldım tutmadım tarazlığımı
qırıldı yam*yaşıl ömür budağım
xoşbəxtlik gülünü dərə bilmədim

pervanə şəminə aşiq olan tək
aşiqim qəm oldu gecəmdə gərçək
qurudu əlimdə dəstə gül çiçək
suvardım bir həyat verə bilmədim…

Random Song Lyrics :

Popular

Loading...