mutluluk şırıngası 3 - sanjar lyrics
tellərini ayırdılar köksümdən,
zülmətə əlamət oldun günəşli mövsümdə.
bax indi zəhrimar yağır sevdiyin hüsnümdən,
saçına gül düzdüyüm günün dörd ay keçib üstündən.
dedin – “çıx get ayrı yaşa, amma ölürәm demә,
üzündә gülüş olsun, eybiyox mәnә aid olmasın.”
sәni unutmaqçün heç bir cәhd göstәrmirәm,
siqaret belә çәkmirәm ki, qoxun üstümdәn ayrılmasın.
heç onun haqqda danışmadın,
o da mı möhkәm qucaqlayır, sәmimidir mi baxışları?
eşqimә haram qatdın, mәn bu halla barışmadım,
vә hәlә dә gülә bilirsәnsә demәli tanrı bağışladı.
sәninlә çox güldüm, amma göz yaşı qәdәr olmadı,
bir gecә sağollaşdıq ondan sonra sәhәr olmadı.
yediyim zәhәr olmadı, çün, sәnsiz bir tikә keçmir boğazımdan,
amma sәnә nuş oldu bir tәhәr olmadın.
etdiyim dualarda hәr iki sözümdәn birisәn,
yıxılan içdәn gülә bilmir, özümdәn bilirәm.
cәnnәtin ünvanında sәkkiz qapıdan biri sәn,
sәnli günlәrimi itirmişәm, әcәlin tәqvimisәn.
dinmirsәn çün, yadında yad qalıb adım,
hüznlü keçmişdi dekabr, son görüş yanvardadı.
bir gün özümü itirdim vә sәn heç axtarmadın,
yadımda yaxşı qaldın, amma yanımda yar qalmadın.
yazarın qәm bәstәsi bir qadının xatirinә,
o qadın gülümsәyir, dәrd elәmir yar yerinә.
çoxu onu vicdanlı sayır, yalan düşür yad dilinә,
o könül alır bakıda, mәn ankarada can verirәm.
aşiqəm hər dəminə,
həm xeyir, həm şərinə.
sürməli gözlərinə qurban,
mən ölüm dərd-sərinə,
o şirin sözlərinə.
Random Song Lyrics :
- pour it up remix - arshad maimouni lyrics
- soily (live / 1972) - paul mccartney & wings lyrics
- #fss (bonus track) - de danske hyrder lyrics
- rosenkrieg - dame lyrics
- war - mass appeal lyrics
- millionnaire - hayce lemsi lyrics
- i do - 90z made lyrics
- whippamatic - enoch the messenger lyrics
- missgunst und neid - mc bomber lyrics
- friends on the other side- disney villan mashup - thomas sanders and friends lyrics