![lirikcinta.com](https://www.lirikcinta.com/statik/logonew.png)
güzgü - samira allahverdiyeva lyrics
[bənd 1]
səndən sonra mənə qalan əmanət
üzərində əksin qalan güzgüdür
sən gedəndən qoruyurdum onu mən
səndən sonra çox uzun bir zamandır
nəfəsindən tərləyən yerlərə
əllərimlə toxunurdum günlərdir
sənin ətrin, sanki, qalıb güzgüdə
baxmayaraq, sən gedəni illərdir
[nəqərat]
bu gün düşüb dağıldı parça*parça
sənsiz qalan ayrılıqlar güzgüsü
ürəyim də parçalandı onunla
aldı səndən qalan bircə imkanı
[bənd 2]
toplamağa çalışdım, bacarmadım
ürək kimi sınıb qalan güzgünü
sən ürəyi, mən güzgünü sındırdım
yığmaq olmur dağıdılmış parçanı
nəfəsindən tərləyən yerlərə
əllərimlə toxunurdum günlərdir
sənin ətrin, sanki, qalıb güzgüdə
baxmayaraq, sən gedəni illərdir
[nəqərat]
bu gün düşüb dağıldı parça*parça
sənsiz qalan ayrılıqlar güzgüsü
ürəyim də parçalandı onunla
aldı səndən qalan bircə imkanı
bu gün düşüb dağıldı parça*parça
sənsiz qalan ayrılıqlar güzgüsü
ürəyim də parçalandı onunla
aldı səndən qalan bircə imkanı
bu gün düşüb dağıldı parça*parça
sənsiz qalan ayrılıqlar güzgüsü
ürəyim də parçalandı onunla
aldı səndən qalan bircə imkanı
Random Song Lyrics :
- black magic - ac g lyrics
- esclavitud contemporánea - green, a. lyrics
- keep it lit - tegan marie lyrics
- vay delikanlı gönlüm - ahmet şafak lyrics
- in the night - claptone lyrics
- shape of you - ember trio lyrics
- 20 collane - sfera ebbasta lyrics
- kingsglaive - scintilla feat. ryo kinoshita lyrics
- désolé - rejjie snow lyrics
- yo darlin - nsg feat. geko lyrics