bağışla - royal babayev lyrics
[bənd 1]
bağışla, gecə, içim səndən daha qaranlıq
sən sevgi mələyisən, mənsə tanrı tənhalığı
sınıq qələmim əsir düşdü, göz yaşına toxundu
qara saçlarına dəyməz ehtirası bütün qadınların
ayağına batan zaman əcəlin sərt tikanıdır
öz əli ilə qoparardı bu fələk kaş qanadlarımı
məzarına mənəm gələn, başıma kül tökərək
getməyəcəm görməyənə qədər sənsiz qalmış cahanı
səni sevdiyimə gülənlər var ki, nazlı pərim
kaş yarın hüsnünü bir dəfə görərdi onlar, dilbərim
ümidlərimə gözlərindən dərin bir quyu qazdım
xəyallarım qarışdı tüstüyə, şeirlərimi də yandırdım
yar küyündən gələn səsləri göyərçinlər eşitsə
mənim kimi fəqan eyləyib, inildəyər onlar da
insanlar anlamaz, mənə tənə vuranlara deyin ki
“dərdimi duymaq üçün duyğu yoxdur onlarda”
[nəqərat]
gecə, mən, tozlu pəncərəm
sükut, əzilmiş şək!lləri, sınıq qələm
retro dərdlər, winston, ağrılar
hə… bir də, sənli xəyallar…
gecə, mən, tozlu pəncərəm
sükut, əzilmiş şək!lləri, sınıq qələm
retro dərdlər, winston, ağrılar
hə… bir də, sənli xəyallar…
[bənd 2]
bağışla, günəş, o, səndən də daha parlaq
hər səhər üfüqdən saçaraq öz şanələrin
isidir əllərimi özündən güc alaraq
xatırladır gözlərimi qamaşdıran ilahəni
xəyalına mənəm gələn qapıları tək*tək döyərək
neçə qıfıl qırmalıyam sevgi qapısını açmaq üçün?!
isti əllərində soyuqdan titrəyərək
neçə odda yanmalıyam günəş kimi saçmaq üçün?!
yadında saxla məni ən dəyərli xatirən kimi
faciələri zamana bağışladım sən gedəli
saçlarının qoxusu hələ də getmir əlimdən
axı mən yoxluğunda göz yaşımda boğmuşam bu bədəni
ruhuma küskünəm mən; sözlərimi bölməmişəm
xəzərdə boğulanda qəlbim itib, ölməmişəm
inan, mən də sənin qədər üzgünəm
özünü tapmaq istəyəndə gözünü üzümə çevir
mən sənin öz güzgünəm…
Random Song Lyrics :
- guard’s up - swish da god lyrics
- lost without you - spyres lyrics
- empty nesters - anem0s lyrics
- гонка - sqiz lyrics
- 4:17 skończył się piosenka - buka lyrics
- chapter ii - arud lyrics
- every morning (ali payami remix) - basshunter lyrics
- send in the clowns - angela lansbury & stephen sondheim lyrics
- lavagirl - flamzieboy lyrics
- filip și cerbul - phoenix (rou) lyrics