başqa birisini sevə bilməzsən - rəvan qaçayev lyrics
Loading...
[bənd 1]
hələ qəlbimizdə xatirə izi
hələ ayrılığın nəmlidir gözü
hələ ki sevirik bir*birimizi
başqa birisini sevə bilməzsən
[nəqərat]
gör neçə nəğməmin bəstəsi qalıb
bu ocaq sönübsə, tüstüsü qalıb
əlimdə əlinin istisi qalıb
başqa birisini, başqa birisini sevə bilməzsən
[bənd 2]
axar gözümüzün yaşı, qurumaz
deyirdin, bu ilqar, peyman pozulmaz
belə sevə*sevə ayrılmaq olmaz
başqa birisini sevə bilməzsən
[nəqərat]
gör neçə nəğməmin bəstəsi qalıb
bu ocaq sönübsə, tüstüsü qalıb
əlimdə əlinin istisi qalıb
başqa birisini, başqa birisini sevə bilməzsən
gör neçə nəğməmin bəstəsi qalıb
bu ocaq sönübsə, tüstüsü qalıb
ey, əlimdə əlinin istisi qalıb
başqa birisini, başqa birisini sevə bilməzsən
Random Song Lyrics :