düşdüm dərdinə - rəhimxan lyrics
[bənd 1]
hər yan xatirələrdir
rəsminə baxıb üzülərdim
sən soruşma, demə, nədir dərdin
məni bitirən bu kədərdir
mən hər ağrıya, hər acıya dözdüm
sözlərin ürəyimə közdür
sevməyi bacarmasan belə
könlümdəki duyğularımı öldürdün
qayıtma, istəmirəm səni mən
çətin ki, bir daha sevə bilərəm
sevgiyə həsrət olan birisi
qapı*qapı sevgi gəzər, dilənər
səndən geriyə qalan belə mən
məndən sənə qalıbdır, de, nələr?
sənsiz qalan elə mən, yenə mən
çətin, onu ürəyimdən silərəm
[nəqərat]
düşdüm dərdinə, bilə*bilə yandım
sanki ürəyimdən yaralandım
daha kimsəyə inanmaram mən
çünki bilirəm, sevgi yalandır
artıq ovuduram ürəyimi sənlə
xatirə qalan o rəsmlərlə
sən özgəyə yar olduğun gün
mən, bir bilsən, necə yandım
düşdüm dərdinə, elə yandım
sanki ürəyimdən yaralandım
daha kimsəyə inanmaram mən
çünki bilirəm, sevgi yalandır
artıq ovuduram ürəyimi sənlə
xatirə qalan o rəsmlərlə
sən özgəyə yar olduğun gün
mən, bir bilsən, necə yandım
[bənd 2]
niyə sevgimi aldın əlimdən?
ağrın, acın qaldı mənimlə
sən qəlbimi odlara atdın
bütün arzularım yandı mənimlə
daha sönməz bu yanan qəlbim
gözlərim dolur, dayanır qəmli
bu qədər ağrılar yetərdi mənə
nə qədər olar axı, de, gözlər nəmli?
dözülməzdir açdığın yaram
ona görə etmirəm haqqımı halal sənə
çoxları sevər, amma unutma
mən olaram sonda yenə qalan sənə
sevgimi kimlərə satdın?
qürurumu qırdı o, yerlərə atdı
sən bizi ayrı saldın axır
istədiyin oldu, arzuna çatdın
[nəqərat]
düşdüm dərdinə, bilə*bilə yandım
sanki ürəyimdən yaralandım
daha kimsəyə inanmaram mən
çünki bilirəm, sevgi yalandır
artıq ovuduram ürəyimi sənlə
xatirə qalan o rəsmlərlə
sən özgəyə yar olduğun gün
mən, bir bilsən, necə yandım
düşdüm dərdinə, elə yandım
sanki ürəyimdən yaralandım
daha kimsəyə inanmaram mən
çünki bilirəm, sevgi yalandır
artıq ovuduram ürəyimi sənlə
xatirə qalan o rəsmlərlə
sən özgəyə yar olduğun gün
mən, bir bilsən, necə yandım
Random Song Lyrics :
- o eu que sou - rapper alemão lyrics
- soldati nella mia città - zucchero lyrics
- preciso de você - 3 faces lyrics
- time machine - vocaloid lyrics
- juanita banana - moacyr franco lyrics
- hey summer - the bigger lights lyrics
- o que viemos fazer - camp rock 2 lyrics
- il mio respiro - studio 3 lyrics
- essa eu já vi - darvin lyrics
- vou curtir tupinambá - banda tecno show lyrics