
xocalı - qaraqan lyrics
[verse 1]
şəhərdən uzaqda yaşıl yamacalar
ucqar kənd gördüm yuxuda
utancaq addımlarla daşıyırdı su qızlar
toxunurdu qızılgüllərə dizlər
oxuyur quşlar, dalğalanır arx
gülür kənd uşaqları, meyvələr və bağ
işıq saçırdı gözlərə adamlar
öpdüm əllərindən ağ birçək *n*ların
yığışıb nahar süfrəsində duz*çörək
bu cənnət, bu ailə, bu gülərüz xalq
hamı bir yerdə, cavanlı, qocalı
və bu gözəl kəndin adı xocalı…
[chorus]
göydən axdı güllələr
yerdə bitdi çiçəklər
insanlar ölürdü sanki
tökülürdü ləçəklər
[verse 2]
göydən axdı güllələr
vaxtsız qoyulan nöqtələr
mələk tək gözəl
təmiz qızların
bədənlərində qanlı yaralar
və boyanırdı qırmızıya arxlar
dünənki gülüşləri
bu gün örtüb qar
qanlı torpağa qarışıb duz*çörəklər
ata ilə oğulu bir ağacdan asdılar
aman allah bu yaraları sarımaq
necə çətindi
susaraq anlamaq
neçə gəlinin bəyaz libasını
geyinilməmiş torpağla qapamaq
[chorus]
göydən axdı güllələr
yerdə bitdi çiçəklər
insanlar ölürdü sanki
tökülürdü ləçəklər (x2)
Random Song Lyrics :
- diamant noir - emraz lyrics
- my only love (vintage culture remix) - moby lyrics
- fever dreams - idrissi lyrics
- ich wette - michael wendler lyrics
- we are the good kids - jarrett blandin lyrics
- ave maria - leo pari lyrics
- indie classick flows - sinderella mann lyrics
- now we're together forever and always - joanna wang lyrics
- wait for me (bonus version) - volpe lyrics
- laid back - jazmin sisters lyrics