külək dəyirmanları - qaraqan lyrics
illər alır əlimizdən ən yaxın dostları
çevrilib görəndə onların tələlərin, torların
ən yaxın adamlar sancanda belinə qardaş bıçağı
onların vicdanı itib altında tozların
izləri silir dəniz sahilindən saatlar
zaman acgöz bir məxluq hər kəsi yeyib rahatlar
mənasız söhbətlər və aşağılayan zarafatlar
çevirir içiboş dayaz şüşəyə onların gözlərin
illər alır əlimizdən ən təmiz qızları
illər dəyişir onları, dəyişir bizləri
və uzun vaxtdır tanrı qarşısında çökmür
artıq sağalıb yarası dizlərin və artır yarası qəlbin
yarasa qəlbli və çaqqal ruhlu insanlar şəhəri
bakı torpağından yığır bütün ilanlar zəhəri
və bu qədər ədalətsiz bir dünyada birdən bax
görürsən, ən yaxınlar səni çirkli pula dəyişir
mən, qılıncım qələm, qalxanım kağız – külək dəyirmanına qarşı
mən bəlkə də dəli, çünki bu döyüş bitməyəcək nə qədər dünya fırlanır
qılıncım qələm, qalxanım kağız
və bilirəm xeyri yo-ho-ox
bu döyüşün əvvəli sonu yo-oh-ox, ohhoo! ohhoo!
mənim etiraf otağım – səsyazma studiyası, mikrofon
tanrıyla ən səmimi ünsiyyətim bu – aqressiv flow
ay allah, bəlkə də bu hələ başlanğıcdı?! bilmirəm!
bəlkə də “happy end”-lə bitəcək sonunda kino
arlekino, biz marionet oyuncaq, iplər, saplar
maaş, ailə, kredit, faiz, iş vaxtımız, hesablar
bizi idarə edir bu kapitalizm
bəlkə ondan almalıyıq intiqam, insanlardan yox günahkar
yeni maska və üzlər altında var yüz cür astar
bu maskaradda taxılır üzlər üzə, altı maska
mən isə bu məclisdə səhnədəyəm bir sifətlə
elə budur təhlükə! elə budur ən qanlı üsyan!
burulğantək həqiqət xəstəliyi yayılır şəhərə
belə getsə, bir yalançı əclaf qalmaz səhərə
işıq nə qədər təkdi söndürün, qoymayın yayılsın!
bir neçə şam belə ölümcül silah və qələbə zülmətə!
mən, qılıncım qələm, qalxanım kağız – külək dəyirmanına qarşı
mən bəlkə də dəli, çünki bu döyüş bitməyəcək nə qədər dünya fırlanır
qılıncım qələm, qalxanım kağız
və bilirəm xeyri yo-ho-ox
bu döyüşün əvvəli sonu yo-oh-ox, ohhoo! ohhoo!
mən bilirdim ki, yolun sonuna qalacam artıq tək
və qalxa biləcək ən hündür dağlara üç-dörd adam
mən qürur duyuram çiyin-çiyinə ruhu bərk əsgərlər
hansımız yıxılsaq da, olacaq qaldıran, dartan
bu qarlı və tufanlı sıldırımlar arasında
biz qalxırıq ən hündür nöqtəyə son damla qanla
və artıq qalxıb duranda ən hündür zirvədə
görürük, bura yamacdır, yuxarıda yüzlərlə dağlar!
mən, qılıncım qələm, qalxanım kağız – külək dəyirmanına qarşı
mən bəlkə də dəli, çünki bu döyüş bitməyəcək nə qədər dünya fırlanır
qılıncım qələm, qalxanım kağız
və bilirəm xeyri yo-ho-ox
bu döyüşün əvvəli sonu yo-oh-ox, ohhoo! ohhoo!
Random Song Lyrics :
- distancia - horus ☥ (tierra) lyrics
- bad babysitter (clean) (45 king remix) - princess superstar lyrics
- missing (melé remix) - gucci mane lyrics
- i move on - catherine zeta-jones lyrics
- pistol packin' - hank williams iii lyrics
- dym - wszedziezuber x brakperspektyw lyrics
- restless as we are - incognito lyrics
- 1969 prod by gen$hin - aztek lyrics
- quando você vem - henrique e juliano lyrics
- then came you - marcia griffiths lyrics