lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

həyatın qanunları - qaraqan lyrics

Loading...

[verse: qaraqan]
mənə dedilər rap yaz * rap yazdım
mənə dedilər hit yaz * hit yazdım
mənə dedilər dərs oxu * oxudum, beyin qırışlarıma bilik toxudum
mənə dedilər ver imtahan * verdim
mənə dedilər diplom al * ala, aldım
mənə dedilər al təzə geyimlər
nələr ki, dəbdədi, lazım elə geyinmək
mənə dedilər pul tap * pul tapdım
mənə dedilər qız tap * allatdım
mənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə

[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir*bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

[verse: qaraqan]
mənə dedilər gəl əsgərlikdən
gəl səni tanış eləyək ələsgər əmiylə
atanın dostu, yerlisi, qohumu
başda işləməyə * baş üstə, oldu
mənə dedilər maaş gətir * verdim
mənə dedilər saçın uzun * kəsdim
mənə dedilər qonşunun qızı var, bax ona * baxdım, sonra nişanlandım
mənə dedilər maşın al * tofaş aldım
mənə dedilər döymə * başa saldım
mənə dedilər ev alaq, evləndirək * qızla yatmaq üçün hamını borca saldım
mənə dedilər toy elə * evləndim
mənə dedilər döz bala * nervləndim
mənə dedilər qız ver ya oğul * beynimə saldım, soxdum, doğdu
[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir*bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

[verse: qaraqan]
mənə dedilər pul qazan * qazandım
dedilər qızıl al * aldım, aldım
mənə dedilər qızına pul ver
oğluna maşın al, evləndir, yola sal
mənə dedilər qocalırsan * qandım
mənə dedilər keç otağına * keçdim
mənə dedilər kəs səsini * kəsdim
mənə dedilər süz * süzdüm, içdim
mənə dedilər sat evi, böl pulu
bu qızına cehiz, bu da ki oğlunun
mənə dedilər sakit ol, danışma
sən qoca, bilməzsən səhv nə doğrudu
mənə dedilər bax seriala * baxdım
mənə aldılar təsbeh * fırlatdım
xəstələndim, dedilər döz * dözdüm
bezdi həkimlər, dedilər öl * öldüm

[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir*bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

Random Song Lyrics :

Popular

Loading...