piyan sevgi - puzzle (az) lyrics
[verse 1]
qarşılıqlı tərs ədədlər, birdə iki, ikidə bir
1’də kiri, 2’də kin
bilmədin ki
qarşılıqlı tərs ədədlər: ikidə bir, birdə iki
ikimizi birgə kimi bilmədin ki
mən səninçün güclənmişəm, çünki sevgi ayıldır
yalan deyil, gör nə qədər vaxt keçibdi
mən səninçün söz dərmişəm, çünki dedin: ayıbdı
yalan deyil, şəhvətindən vaz keçibdi
yalandı hər verilən vəd sevgi üçün
çünki, sevgi anı sevir, vergi verir vergi üçün
“ye, a!” deyib gəldim, mən rapper’əm, mənim eqom var!
amma sadəcə sakitcə dedin: не, а
yarıda qaldı tema
yarda qaldı hekayə
* məsafə, əsarət, cəza və əsalət və sairə
* təzad bəs?
* yan mənimlə, toz ol tez!
* pozan bəs?
* yaz mənimlə, söz ol tez! deyil bəs?
sən mənim keçmişim, keçmişim doğmadı
sən çalışıb, mənim hərşeyim olmadın
sən o qızsan ki, roman yarımçıq qalıb
sən yox olsan, bil, əli yarımçıq qalır…
[bridge]
baxışların çağırdı, mən gedirdim yol’u tək
baxışların cığırdı, niyə azmır yolçu bəs?
baxışların çığırdı, mənə dedi: oyan, sevgi!
baxışların çaxırdı, içib, oldum: piyan sevgi
[verse 2]
kimə niyyət, kimə nisbətdi, kimə qismətdi
sevgi * həyacan gözəlliyidi, mənfi müsbətdi
əşi, müsibətdi o… amma var sonu
verirsən suyunu bol, amma yenə yar solur
çünki, ay sonu olanda maaş azlığıdı
anlaya bilməməyinə səbəb isə yaş azlığıdı
çünki, səbəb bitən yerdə bitir yaşıllıq
mən, bizi istədim gör qaldıranda başını
(hə? de!) nə yazım e?
artıq şablon olur bütün cümlələr
mən yazığı azad etmək üçün vardı cümlələr
amma son gəldiyimiz nöqtə vergül olmadı
yarıda son verən eşqin torpağında gül, sol!
günün son şeiri üçün mürəkkəbim qandı
geri zəkana sadəliyin mürəkkəbini qandır
ya da, yenə verib eşqi bada
yataq, qovuşaq, tapaq birgə ada…
[bridge]
baxışların çağırdı, mən gedirdim yol’u tək
baxışların cığırdı, niyə azmır yolçu bəs?
baxışların çığırdı, mənə dedi: oyan, sevgi!
baxışların çaxırdı, içib, oldum: piyan sevgi
[verse 3]
ağırlığımı hiss et, ağrılarımı duy
şeirlərimi süz, iç, ağlımı çək, uy
dediklərimi boş ver, əllərimi tut yenə
mən səni başdan yaradım, bildiyini unut
səninçün darıxmaq * hobbim, xəyal etmək * əyləncəmdi
sən deyəndə ki, “mən təkəm”, onda əli cəmdi
(what?) yenə ayrılıq nədi, başın xarabdı?
daha ürək səni daşıya bilmir, maşın xarabdı
bilirəm, sevirsən, amma tək qalanda xoşdu
unutma, öz’ünü sevməyən ürək təklikdə coşmur
deyir: “tək arzum, səni xoşbəxt görməkdi. amma… özümlə.”
bu, ilahi döngə’di!
umuram mədədlər, necə şeytanlar mələkdən
verirəm sevgi, diqqət, qarşılığında kələklər
yəni, sözümün 2 canı var: 1’i mən, 1’i sən
olublar: qarşılıqlı tərs ədədlər…
Random Song Lyrics :
- want from me - kwayku lyrics
- merry-go-round - john wesley harding lyrics
- 雨物語 (amemonogatari) - 東雪蓮 (seren azuma) lyrics
- front row seats - tina turner - collegehumor lyrics
- la valse - lfk lyrics
- me siento hp - anuel aa lyrics
- eminem vs macklemore - epic rap battle parodies lyrics
- trash - souldia (feat rymz, maldito) lyrics
- machines - euphonik lyrics
- on the edge - lyrical moron lyrics