lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

xoxan - promete lyrics

Loading...

[bənd 1]
sönülü işıqlar, qaranlıq, qulaqda hənirti
bayırda dolunay, ulduz altında gəzinti
arxaya baxmaq qorxusu, birdən olar kimsə
sakitçilikdən qulaqda eşidilən döyüntü

heç kəs görünmür yaxın radiusda
ayağı yerə basmaq lazımdır asta*asta
beyində paranoik suallar * niyə çıxdım bayıra!?
çiyinə dəyən əl, geriyə dönüş və pauza
hər addımda doludur həyat bu cür əcaib səhnələrlə
beləcə keçir ömür, gedir günlər gizli*gizli
dəqiqələrlə… çox uzaqdır bizdən hər iki həyat sirləri
boynumuzda gəzirik ölümün kəndirləri

amma ölüm qədər qorduxumuz uydurma xoxanlar
qondarma inanclar sonumuza çıxanda
it də getdi, ip də getdi * deyib vurarıq başımıza
təəssüf edən keçən illərə və yaşımıza

[bənd 2]
uçur raketlər, süni peyk, yeni planetlər
pandemiya, bioloji, kimyəvi elementlər
riyazi təhlillər, iqtisadi araşdırma
siyasi məsələlər, kütləvi qarşıdurma

axtarılır xərçəngin dərmanı, marsda su
qidanı əvəz edə biləcək okeanik yosun
dəyirmi masalarda * orda cihaz, bizdə domino
zarafat səviyyəmiz “əməlliyat ı” bir də “mimino”

işimiz, gücümüz – nədir batil, kimdir qatil
odur ki, nəticə hasil edə bilmir ağlı kamil
olan heç kəs bu xarabada, qara bazar qaydaları
tv, radio, mediada hoppanıb düşüblər bizim damımıza
nallayaraq hamımıza, dramatik kinoyla ağlaşmaqdansa
komediya ilə gülün siz halınıza
sus, dinmə! yoxsa tapılar iynə sancan yanımıza
qorxu oturub artıq neçə ildir qanımıza

Random Song Lyrics :

Popular

Loading...