sual - promete lyrics
[skit]
neçə ildir hər səhər yuxudan oyananda
beynimdə sancıya bənzər suallar dolaşır
cavabları tapmaq üçün çalışmaq mənasızdır
bu sualların cavabı bəlkə də yoxdur
[bənd 1]
məni mənə göstərəndə birinci dəfə güzgü
çox qorxmuşdum
“bu mənmiyəm?” – anlamamışdım
“qəribədir. niyə bu belədir?” – sormuşdum
yormuşdum, bəlkə buna görə bezib
“unudulacaq bu!” – demişdilər mənə
amma illər keçir, mənsə güzgüdə hər dəfə
başqa bir mən görməyə öyrəşirdim
unutmaq əvəzinə… hmmm… içimdə hisslər isinirdi
mənliyimi deyilən kimi soyutmaq əvəzinə
və bir gün satış öyrəndim və bir gün alış öyrəndim
dedim özüm*özümə * alış! öyrəndim!
mən əvəzinə mən almaq öyrəndim
mən əvəzinə mən satmaq öyrəndim
əvvəl iməkləməyi öyrəndiyim bu yollarda
özümü tək qoyub, qaçmaq öyrəndim
və bir gün sən gəldin, qanad oldun
mən uçmaq öyrəndim
sən mənə çox öyrətdin
mən səndən çox öyrəndim
sətirlərin üzərində diyircəklə
rəqs eləmək nə gözəlmiş?!
işə bax bir, güzgüdə özümü tanıdım, üzüm də gözəlmiş
uçarkən yerə baxdım, gördüm
“göydən yer üstü nə gözəlmiş!?”
deyəcəkdim
gözləmədən və birdən sən getdin…
qanadlarsız qaldım
diyirləndim… diyirləndim…
[bənd 2]
şüuraltından şüur üstünə gələn qonağımsan
səni dərk etmək, görmək qədər mümkünsüz
məni anlaya bilsən, yalnız sən anlarsan
bəlkə, zamanı da danacaq beynim
bəlkə də, bədəni də buraxacaq
bu ruhum səni görə bilmək üçün nələr etməzdi?!
amma nəfsim əksimə işləyən iti xəncər
kəs*doğra, ruh parçalarımı gəl, bir yerə topla
doğram*doğram… könül istər yenidən doğulam
ana bətnindən çıxan anda sevinc yox
qəm bəxş edə hər kəsə ölü cismim
bəlkə onda sənə qovuşan yollar üzümə açıla bir*bir
üsyan bu ruhda hakim. məni bağışla!
bunu tək sən bacarırsan, çünki
sənə yalvarmaqdan başqa, səni tərifdən başqa
nə dəyərim var ki, sanki?!
bunu mənə oyrədən də sənsən
ala da bilərsən əgər istərsən
mənə əvvəl özünü dərk et buyurmusan
amma məni düşündürən bir neçə sual var
səndən niyə qorxuram?
sənə niyə qayıdacam?
məni niyə yaratmısan?
mən kiməm?
bəs sən kimsən?
Random Song Lyrics :
- my buddy and me - the runaways lyrics
- less of me - the everly brothers lyrics
- na paz do seu sorriso - roberto carlos lyrics
- fluid - teflon sega lyrics
- brown brown sugar - valentina (2) lyrics
- 4tounce - johnny utah lyrics
- you are - stephen duffy lyrics
- something gotta change - larry june lyrics
- on the road - bambole di pezza lyrics
- the enemy within - zach tolman lyrics