mücrü - promete lyrics
[bənd 1] [promete]
həyatımız doludur tərs mütənasiblərlə
saniyələr uzun gəlir, ömür qısa hərdən
hər dəfə açanda, bu toz basmış mücrünü
göz yaşlarıyla bacara bilmir o heç cürə
bu dəfə də açanda topladı var gücünü
iki saniyə sonra iki göz yaşı düşdü yerə
parçalanır ürəyi xatırlandıqca olanlar
gah soyuq tər gəlir, gah da əsir dizləri
sanki elə indi oldu bütün həmin o anlar
illər quş kimi uçdu, amma itmir izləri
nə etməli? indi nə etsə də artıq gecdir
yara var ki, közü qopub düşsə də ağrısı keçmir
düşünür ki, danışsın kiməsə, baxır şək!llərə
anlayır ki, indi ən böyük addım belə heçdir
bir əlində illərdir içə bilmədiyi iki həb
o birində mücrü, içində qəzetlərdən şək!llər
çıxarır qızın şəkilin yapışdırır titrəyən dodaqlarına
deyir * “bağışla…” və donur fəsillər
[nəqərat] [nara white]
həyat nə qədər amansız
o qədər dost bizə
illərlə üz*üzə
verməz yaxşını yamansız
kədəri sevincə qoşar
gecəni gündüzə
[bənd 2] [promete]
ən sevimli yerləri idi bu çinarın altı
onlar burda görüşdüsə, dünyada hər şey yalan
iki gün görüşmək alınmasa, ürəyi tutur ağrı
bir birindən ayrılıqda həyat darıxdırıcı yaman
məmurun qızı sevir fəhlə oğlun, hah, qəribədir
insanların pula görə fərqlənməsi bu qıza çatmır
ata sadə adamdır, amma istəmir fəhlə oğlun
qızını xəbərdar edir bir neçə dəfə, amma bu qıza batmır
bu həyat hərdən səni əzizləyən dost hərdən düşmən
ələlə tutanda uçur vaxt, ayrılıqda ötüşməz
sonuncu görüşdə gələcəkdən danışıb mübahisə edirlər
bilmədən ki, bu çinar bu cütlüklə bir də görüşməz
kəsilir görüşlər, zənglər, evdə atası yoxa çıxır
qız telefonuna gələn hər zəngə həyəcanla baxır
günlərin birində nəhayət zəng edir oğlanın anası
deyir ki, atanın sürücüsü oğlumuzun axırına çıxıb
[nəqərat] [nara white]
həyat nə qədər amansız
o qədər dost bizə
illərlə üz*üzə
verməz yaxşını yamansız
kədəri sevincə qoşar
gecəni gündüzə
[bənd 3] [promete]
indi yadına düşəndə ki, ona görə dağılıb ailə
dolur gözləri, sıxılır ürəyi, daralır aləm
onun ani diqqətsizliyi, məhv etdi bir piyadanı
təsadüf nəticəsində alındı qapalı dairə
aldığı ömür rəisinin qızının sevgilisiydi
ailənin içində bu məsələ bir az mübahisəliydi
indiyə kimi xatırlayır, rəis onun dalınca gələndə
həyəcandan bölmədə necə ayaq üstə titrəyirdi
bircə kəlmə dedi – “sən neynədin?” və çıxıb getdi
elə bil bu sözlərlə birdən zaman axıb getdi
qızını inandıra bilməyəcəyindən qorxub kənada durdu
qız da özünə qıydı başına güllə çaxıb getdi
qəzetləri izlədi bu hadisələrdən sonra sürücü
həyatı həbsə bağlandı, illəri keçdi üzücü
özünü bağışlaya bilmədi bu illər ərzində o
iki zəhərli həb aldı, amma udmağa çatmadı gücü
[nəqərat] [nara white]
həyat nə qədər amansız
o qədər dost bizə
illərlə üz*üzə
verməz yaxşını yamansız
kədəri sevincə qoşar
gecəni gündüzə
[bənd 4] [promete]
həyatımız doludur tərs mütənasiblərlə
saniyələr uzun gəlir, ömür qısa hərdən
xeyirli planla qurduğumuz işlər illərlə
əksimizə çevrilə də bilir ani hadisədən
kimik biz? samanlıqda iynə yoxsa maqnit
coşğun dağ çayı, yoxsa gömgöy göl * sakit
böyüklüyün fərqi yoxdur, əsas düzgün yaşamaqdır
unutma pambıq tayasın məhv edə bilir bir kibrit
Random Song Lyrics :
- be alright - parmalee lyrics
- money up - kog devo lyrics
- credit - l.a. the artist lyrics
- my own behavior - josh pan & dylan brady lyrics
- premiéra - rest (cz) lyrics
- enquanto estou aqui - renato 51/50 lyrics
- instead - lil gotit lyrics
- living right - zhsian versar lyrics
- carmalita - sigma (dk) lyrics
- polo - sindrome di ma lyrics