günəş şəhəri - promete lyrics
[giriş] [ayka]
açılır səhər
oyanır şəhər
ürəyim sıxılır
həyatım hədər
[bənd 1] [mc virus]
damarlarımda qan dönür, fikirlərimdə ümid ölür
hər günümdə ay çıxır, qaranlıq içrə günəş ölür
damarlarım tromblaşıb, zaman, geriyə say, saxla!
bu nədir, nəbz sönür?! bütün bədən əsir, əlim donub
qara kömür ayaqlarım, su istəyər dodaqlarım
yanımda yoxdur dostlarım, əsəblərim tarım*tarım
iş işləyim, gedib tez mal alım
damara mal basım, rahatlasın bədən
qalmasın nədən ki, səma doğmasın günü
bəladır hər günüm, budur dar günüm
və dostlarım tək iynələrdir, həm də məhv edir məni
bu necə dostluqdur? üstümü örtün!
yenə günəş batır, mənə soyuqdur!
[nəqərat] [ayka, mc virus]
açılır səhər
göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı
oyanır şəhər
mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı
ürəyim sıxılır
günəş batır mənim üçün, bu sonumdur, köməksizəm
həyatım hədər
[bənd 2] [promete]
boz şəhərim, mənim əllərim sənin divarlarını rəngarəng etsin
qoymaq olmaz ahəng itsin
qara ləkələr səni tərk etsin, getsin
çəksin arxasınca hər kəs eyni rəsm
üstündə yazılı eyni nəsr
qarşınızda problemli damarı deşilmiş nəsil
bəsdir, kəsin!
artır sayı gündən*günə kompleksli gənclərin
yerdə istifadəyə yararsız iynələrin ortasında
çıxılmaz durumda qalmış gəncliyim
budurmu sonu bu gəncliyin?
boz şəhərin tinlərində itib*getdi dincliyim
dostum oldu damarı deşən iynələr
və mən bu zəhəri iylərəm
fikirlərim pərəm*pərəm, mən ölümü gözlərəm
[nəqərat] [ayka, mc virus]
açılır səhər
göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı
oyanır şəhər
mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı
ürəyim sıxılır
günəş batır mənim üçün, bu sonumdur, köməksizəm
həyatım hədər
göz açılmır, qaranlıqdır, hiss etmirəm sabahı
mən ölürəm, heç cür tərk edə bilmirəm tamahı
günəş batır mənim üçün, bu sonumdur, köməksizəm
həyatım hədər
həyatım hədər
həyatım hədər
Random Song Lyrics :
- dimyonot - דמיונות - nathan goshen - נתן גושן lyrics
- recuerdos al perro - la pantera lyrics
- rip - cholorofilm lyrics
- sugar island - setlers lyrics
- oh la la - kadavera lyrics
- venite a ballare - boom club lyrics
- не добьешся (ne dobeshya) - kozzyy! lyrics
- mais feliz - matheus rangel lyrics
- american dream - the strike lyrics
- убежать (run away) - fømo lyrics