ayrı rənglər - promete lyrics
[bənd 1] [promete]
oyanıb ayrı şəhərlərdə
yazarıq bir*birimizə hərdən
reallıqdan uzaq cütlük
düşünüb ayrılarıq yerdən
qısa sms*lərdəki hərflərlə təmas edərik
zənglə darıxmaqdan da xilas edərik
hər kəsi, hər kəsi silib həyatımızdan
onu ən əsas edərik
cüt yataqda bir yeri ona ayırıb
dar*darısqal yatmaqdır bu
daxili səsinə çevirib səsini
heç kim olmayanda da danışmaqdır bu
bacarmadığın işləri yenidən başlayıb
öz*özünlə yarışmaqdır bu
həyat adlanan qısa oyunda
eşq adlanan alovla alışmaqdır bu
iki kəs birləşir, yəni bir olur
hər şey dəyişir rəngini
ürəklər də vurur ayrı ritmlə
nəfəs də dəyişir ahəngini
iki kəs birləşir yəni bir olur
hər şey dəyişir rəngini
ürəklər də vurur ayrı ritmlə
gözləyirəm zəngini
[nəqərat] [promete, tomris]
hər bir saniyə il kimi
sən uzaqsansa
mesajlarla duymaq olmur ətrini
yoxdur maneə, biz ikimiz
şəhərləri aşıb qovuşarıq
gəl, həsrət bitirməmiş məni
hər bir saniyə il kimi
sən uzaqsansa
mesajlarla duymaq olmur ətrini
yoxdur maneə, biz ikimiz
şəhərləri aşıb qovuşarıq
gəl, həsrət bitirməmiş məni
[bənd 2] [promete]
düşünüb hər dəfə yenidən
cızıb beyində görüş məqamını
bilirəm görüşəndə unudub hər şeyi
sarılacam qucağına
məni dəli edir xəyalların
xəyalların uzaqdan*uzağa
səni düşünə*düşünə
düşmən kəsilmişəm yatağa
yat*qalx, ətrin ağlımda
sənə yazacağım sətrim ağlımda
istə, istədiyini gətirim ağlımla
təki yanımda ol, toxuna bilim
mənə demə, istəyirsən məni fiziki
biz çoxdan bir ruh, bədənimiz iki
ağlıma hakim kəsilib bu fikir
kaş qucağında yox ola bilim
gəl, kəsilir nəfəsim, daralır otağım, uzun günlər
mən özümü itirmişəm, səni, səni fikirləşərkən
sən tək mənasısan həyatın
həyatım həyatından asılı
və bu sətirlər…
tək sənə yazılır
[bənd 3] [tomris]
oxuduğum nəğmələrsən sən
cızılar şəklin sətirlərimlə
mənə güllər bağışlayırdın
səni tapıram ətirlərində
[nəqərat] [promete, tomris]
hər bir saniyə il kimi
sən uzaqsansa
mesajlarla duymaq olmur ətrini
yoxdur maneə, biz ikimiz
şəhərləri aşıb qovuşarıq
gəl, həsrət bitirməmiş məni
hər bir saniyə
sən uzaqsansa
yoxdur maneə
gəl
şəhərləri aşıb qovuşarıq
Random Song Lyrics :
- belum jodohnya - nurwan ali pratowo lyrics
- legacy of satan - master dy lyrics
- feel yourself - flamingosis lyrics
- cloud nine - eero lyrics
- perfume da paz - latitude 19 lyrics
- 8.5.12.16. 13.5. - nightcove_thefox lyrics
- coco - (hr)massa lyrics
- desde morro - callahan ugn lyrics
- move on - simon lachman lyrics
- fear - ynkeumalice lyrics