adsız mahnı (11 mart versiyası) - promete lyrics
[bənd 1]
nə qədər söz olsa, söz nə qədər düz olsa
az gələcək sətirlərim gözlərinə baxmaqdan
nə qədər düz olsa, düz nə qədər iz qoysa
etiraz edə bilməyəcəm o ətrini qoxmaqdan
cızdım rəsmini, tanımamışdan ağlımda
sən bir şahzadə və ayağında çarıqlar var
girdin həyatıma və real oldun nağılımda
gözmuncuqlarında dərin çat və qırıqlar var
dərinə toxundum və əridim, yox oldum
“mən ruhmu, insanmı?” anlamadan yoluma davam
əlinə toxundum, parlaqlıq çox oldu
“mən ruhmu, insanmı?” anlamadan yoluma davam
sən güclü, ən güclü otlardan, həblərdən
(uça bilməz insan, yox, uça bilməz insan)
xətrinə dəyəcək qədər kobud oluram mən hərdən
(amma sən bu həyatımda tək keçə bilməzimsən)
[nəqərat]
qanadlan…
səni mənə gətirəcək bu qanadlar
uzaqdan…
ətrini küləyə ötür, dayanma
səmadan…
dənizdən…
buluddan…
günəşdən…
[bənd 2]
(o*o*o, güc ver, güc ver, güc ver)
güc ver, mənə güc ver, var oluşun belə bəsdir buna
hər yer mənə dardır, əgər səbəb varsa yoxluğuna
yazdığım ilk sətir belə son kimi görünə bilir mənə
çatmamış bitir mürəkkəb sətirlərim sonluğuna
uzana*uzana gedir gecə, üzünü görüm, edim necə?
mən buz kimi, sənsə isti, uzaqlaşıram əridikcə
nə ürək işləmir, nə beyin, küsür pərilər, uzaq qaçır
bayıra çıxıram axtarışda, boşdur küçə, boşdur küçə
toxunuşlar, barmaqlar… hər şey necə də mükəmməldir
dərin*dərin nəfəs dərim, dərin gözlərim və gözlərin
dodaqlar, incə belin, uzaqlıqlar içində mən
itirirəm yenə də səni, yenə də boşdur buz əllərim
gündəliklərdə vərəq qalmadı, bitirdim neçə qələmdə mürəkkəb
(atmadım, saxladım, doğmadır, tək göründüm hər kəsə)
təkəm sandılar…
dön, yanımda cismin olsun
bəlkə inandım ki, nəğmələrdə deyilən eşq bu qədər asandır
dön, nəğmə yazacam sənin dönüşünə
yorğun gözlərim baxır, yolun sonunda ölümlə görüşümə
[nəqərat]
qanadlan…
səni mənə gətirəcək bu qanadlar
uzaqdan…
ətrini küləyə ötür, dayanma
səmadan…
dənizdən…
buluddan…
günəşdən…
qanadlan…
(səni mənə gətirəcək bu qanadlar)
uzaqdan…
(ətrini küləyə ötür, dayanma)
(səmadan…)
(dənizdən…)
(buluddan…)
günəşdən…
qanadlan…
səni mənə gətirəcək bu qanadlar
uzaqdan…
ətrini küləyə ötür, dayanma
səmadan…
dənizdən…
buluddan…
günəşdən…
qanadlan…
səni mənə gətirəcək bu qanadlar
uzaqdan…
ətrini küləyə ötür, dayanma
səmadan…
dənizdən…
buluddan…
günəşdən…
buluddan…
günəşdən…
günəşdən…
günəşdən…
günəşdən…
Random Song Lyrics :
- esa pared - damas gratis lyrics
- send me them bands - hell rell lyrics
- pervin' - master p lyrics
- vas-y mama dis leur - falcko lyrics
- darlin - ryan bingham lyrics
- cry in shame - diesel johnny lyrics
- wish we could be - maya by name lyrics
- history of rap 3 - jimmy fallon lyrics
- primary lotus - ave campbell lyrics
- waiting for the clouds - nujabes lyrics