lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qərənfil - pranga lyrics

Loading...

[bənd 1]
yerin ağlamaqla dolmur
kişilər ağlamaz, həm də daha ağlamaq da olmur
toz içində itib batır memuarın
bilirsən, xəyalları qucaqlamaq da olmur

köhnə prospektləri isladır yağış yenə
gəl yenə, o yorğun səsinlə danış yenə
ailəndən, ərindən, körpə balandan danış
qorxma, ‘’xoşbəxtəm’’ de, qorxma, yalandan danış

danış gözəl ömürdən, bahalı restoranlardan
bahalı evinizin içindəki ucuz yalanlardan
ucuz dostlarının bahalı həyatlarından danış
bakının küləklərində qopan qanadlarından danış

çağır məni, həzin səsinlə səslə
ayaqlayıb gəlim, hamını başdan alım qalıb
danış, necə yataqda ikən hər gecə
sayıqlayır ərin adını başqa qadınların

zamanla köz bağlamır yaraların üstü hərdən
danış kef məclislərindən, içki, tüstülərdən
gələn gedir, indi pərən*pərən dilim, bir gün şəhid oldum
sənsə olmadın qərənfilim
[nəqərat]
yadına sal hərdən o illəri
çiynimə tökülən o sarı tellərin
a*a*a*a*a*a*a*a*a
a*a*a*a*a*a*a*a*a

[bənd 2]
gəl indi mən danışım
soyuq kazarmalardan, səngərdən danışım
sipərdən danışım, cəbhədən danışım
ana yurdumdan * füzulidən, lələtəpədən danışım

bəlalı başımdan danışım
qollarımda can verən əsgər yoldaşımdan danışım
danışım ölümdən, danışım postda
qeyd elədiyim 26*cı doğum günümdən

danışım şaxtadan, danışım soyuq küləkdən
köhnə ’’перлова’’dan, bir ovuc bayat çörəkdən
yaşayıram birtəhər xatirələri yarama qatıb
burada kimsəsizi, burada hamını yaradan atıb

yoxdur ümid, yoxdur arzu, yoxdur xəyal
bu yerdə yoxdur sevgilər və həyat xeyli cığal bu yerdə
saniyələr satır zamana ’’календарь’’da illəri
buralar ünvan soruşmadığı yerdir güllənin
dünən vurdular elvini, mərmi deşdi sinəsini
‘’vətən sağ olsun’’ deyib qollarımda verdi nəfəsini
bacarmadım, ölümün biləklərini əyə bilmədim
komandir anasına – ‘’oğlun öldü’’ * deyə bilmədi

gətirdik cənazəsini büküb üçrəngli bayrağa
komandir atasına verdi həmin bayrağı
ata yaşlı gözləri ilə baxdı torpağa
ata sanki gözləri ilə parçaladı torpağı

gəl sənə sipərlərdə qan içəndə böyüyən bu sevgidən
ruhuma can verən bədəndən danışım
gəl sənə azərbaycandan, candan
qandan, vətəndən danışım

[nəqərat]
yadına sal hərdən o illəri
çiynimə tökülən o sarı tellərin
yadına sal hərdən o illəri
çiynimə tökülən o sarı tellərin
solğun məzarımda əlində qərənfillərin

Random Song Lyrics :

Popular

Loading...