lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

pandora - pranga lyrics

Loading...

[bənd 1]
bu mahnını sənə qara zirzəmilərdən yazıram
yelkənsiz gəmilərdən yazıram
tənhalıq tək allaha məxsusdur
deyənlərə də gülürəm
indi bilirsən, buralar çox dərindir
ölürəm indi mən də bu yolda
məndən əvvəl ölənlər kimi
adi insanlara necə anladım axı bu sevgini?
necə deyim axı, bu insultlara dözmək nədir
gecələr qartal olub vətən səmaların da süzmək nədir

onlar anlamaz məni, nəyə gərəkdir
karlar ölkəsində bəstəkar, ya ölümlülər dünyasında laməkan?
susmasan, dar ağacımda sallanar bədənin
bura milyonçular ölkəsi, dilənçilər vətəni
bura bakıdır, buranı gələn sökür, gedən tikir
bura köhnə qara daxmaların üstünə göydələn tikir

gəl, kommunist, danışım sənə
nələr verib rus bizə: 13, 28, 37, 92!
bizi bağışla, host, bacarmadıq, yandıra bilmədik
buranın fahişələri bədənini, məmurları ruhunu satır
’’дубинка’’, repressiya, susmayanın başını batır
buranın nefti “neftçilər”*indən bahadır
[nəqərat]
yanıram, ana!
şəhidəm, bulaşıb hər yanıma qan
bu xalqın uğrunda şəhid olmağa
belə utanır adam
çapan*çapdı, satan*satdı
gedən yenə də torpaq oldu
nə villadan şəhid çıxdı
nə də ki vətən sağ oldu

fəryad elə
qara gecələr ruhlara fəryad elə
yas saxla şəhidlərimə
göz yaşınla yad elə
canavarlıq ruhda
ya da elə qanda olar
məni də şeirlərimlə yad elə, pandora

[bənd 2]
ciyərlərim təngnəfəs
qabar*qabar pəncələrim
yayılırıq şəhərə, vəba, epidemiya, taun
xasay mayor, xaqan ruhi, şubay cavan, tuncer ali ruhi
“jupiter shady records”, ‘’kadıköy underground’’

ölüm necə də saçlarınla eyni dadır
sol yanımda xatirələrinin meyiti yatır
hər kəs atır sən öldün öləli, müharibələr, dayan
mənəm bu ölkənin ən ağır şeriyyəti
gələn vurur, gedən satır
bilmirəm ki, nədən satır?
aşağıdakılar bədən satır
yuxarıdakılar vətən satır
mən görmədim tək qalanda
meydanda bunlardan
artıq uduzmuşam ruhumu
şeytanla qumarda

hissiyyatsızam özümü təkliyə öyrədəndən
çiyin*çiyinə savaşdığım hər kəs atıb gedəndən
səndə kədərlərini qalın geyin, qış gəlir
zaman ötdükcə can dostlarım eləcə tanış gəlir
mənə belə öyrədiblər ki, gərək, yıxılsa, tez kişi dursun
kişinin biləklərinə qandalı, gərək, elə kişi vursun

yığışır süfrəmə qurdlar, soyuqdur çox bu tərəf
qardaşım, bilirsən, çoxdur şərəf yoxsulu
dostun dağıdıb postunu
çoxusunu pozdum, kinimi qusdum
itirirəm yavaş*yavaş əlimi, qolumu

bu, ‘’lycanthropic’’ mеtamorfozdur
çürüdüb döş qəfəsimi tanrı
nəfəsimi ciyərlərimə haram edir
davam edir 37! biz tərəfdə müharibə davam edir
[nəqərat]
yanıram, ana!
şəhidəm, bulaşıb hər yanıma qan
bu xalqın uğrunda şəhid olmağa
bеlə utanır adam
çapan*çapdı, satan*satdı
gedən yenə də torpaq oldu
nə villadan şəhid çıxdı
nə də ki vətən sağ oldu

fəryad elə
qara gecələr ruhlara fəryad elə
yas saxla şəhidlərimə
göz yaşınla yad elə
canavarlıq ruhda
ya da elə qanda olar
məni də şeirlərimlə yad elə, pandora

Random Song Lyrics :

Popular

Loading...