lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ölsəm... bağışla - pranga lyrics

Loading...

[bənd 1]
ey baharın elçisi, turan ellərin qızı
ayırdı əllər bizi, qocaltdı illər bizi
məsafələr qurban elədi zamana qara tellərimizi
saçların bahar küləyi, nəfəsin yazdır sənin
barmağı mizrab, şanələrin sazdır sənin
dərdin dərya, səadətin azdır sənin
cavid özlədi, pranga yazdı səni

yenə yazdı doldurub qələmi xatirələrlə
acı sözlərim dəyərdi xətrinə hərdən
sənsə gülüb keçərdin
indi elə ağrıdır ki özləmin, görən, ölsəm, keçərmi?
zülfü qızıl*sarı qadın
şəhriyarın qəzəli, müşfiqin tarı qadın
yarı mələk, yarı qadın
mənə gedənlərin yadigarı qadın

unudacaqsanmı məni, bağlanacaqmı yaralar?
ömürdən bahar keçər, xatirələr saralar
qış qonaq gələr, qapını şaxta kəsər
sənin o qızıl hörüklərin ağ qar olar
mən kimə yar olaram, sənə kim yar olar?
küçələr mənə düşmən, bu şəhər mənə dar olar
qoparar məni səndən gedən o son qatar
bu nəğmələr sənə məndən yadigar qalar
[bənd 2]
gələ bilmədim, müharibələr bitmədi
mən də başqaları kimi silahı atıb getmədim
gedə bilməzdim, öldürərdi vətən dərdi
qaçıb gəlsəm, anam südünü haram edərdi
burada yağış dayanmır, küləklər bərkdir
hamı təkdir, ölüm gecələr əl çəkmir

səni heç unutmadım, bilirsən?
hələ də mundirimin sol cibindədir şəklin
əlvida, cavanlığımı kirpiyindən asan qadın
bulud gözlərindən ağladıqca yağır yağışlar
bağışla, sənə məktub yazammadım
yazmadım * ‘’ölsəm, bağışla’’

eşitdim, evlənmisən, məni niyə gözləmədin?
vağzalı çalınanda gözün məni axtarmadımı?
niyə məktub yazmadın, niyə bir söz demədin?
bir əsgər şəhid oldu o gün gedəndə qadını

[nəqərat]
səni məndən aldı bu şəhər
məni haldan saldı gecələr
indi qardır bakı, qardır küçələr
dardır küçələr
nə səndən keçə bildim, nə vətəndən
örtüb əlini qırışlar
nə gələnlər qaldı, nə gəldi*gedənlər
ölsəm bağışla…

[çıxış]
mənimlə gəl, sənsiz şəhər
bu qədər boş olmasaydı
görəsən, yağarmıydı köhnə yağışlar
qırılan çətirlərin üstünə?
axı məndən küsməzdin sən
nədən getdin axı canımdan
başqa əllərmi isti gəldi saçlarına?
ya başqa evlərmi ovutdu könlünü
ya başqa şəhərmi?

mənimlə gəl, sənsiz şəhər
bu qədər boş olmasaydı
görəsən, yağarmıydı köhnə yağışlar
qırılan çətirlərin üstünə?
axı məndən küsməzdin sən
nədən getdin axı canımdan
başqa əllərmi isti gəldi saçlarına?
ya başqa evlərmi ovutdu könlünü
ya başqa şəhərmi?

Random Song Lyrics :

Popular

Loading...