lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

manhattan - pranga lyrics

Loading...

[bənd 1]
gecənin dördü
həmin ‘’impala’’da
alışır papiros, qızarır nar kimi
‘’manhattan highway’’
tənha magistrallar
guruldayır yenə motorum
qara yaquar kimi

səni axtarmıram artıq
ömrün dolaylarında, yağışlı yollarda
mahnılarımda, haraylarımda
səni axtarmıram artıq
getdiyin qapıya dərd aparırdın
heç kimin yox idi, ona görə hər dəfə
sən özünü bilə*bilə sərt aparırdın

[keçid]
səni axtarmıram artıq
keçirəm xatirələrdən
səni axtarmıram artıq
qapımı döysə də xatirən hərdən

səni axtarmıram artıq
tək keçib badirələrdən
səni axtarmıram artıq
axtarmıram artıq
səni axtarmıram artıq
həyat vuranda, ömür yıxanda
evimdir dediyin adamlar
evimin qapısını vurub çıxanda

səni axtarmıram artıq
bir gecəyarısı yağış yağanda
səni axtarmıram artıq
amma sən məni axtar darıxanda

[nəqərat]
necə mən böyütmüşdüm hər şeyi gözümdə
amma sən bitirmişdin bizi tək sözünlə
nə həyat yaşanmazdır, nə ömür dözülməz
axtarmıram artıq səni, itirmişəm özümü də

necə mən böyütmüşdüm hər şeyi gözümdə
amma sən bitirmişdin bizi tək sözünlə
nə həyat yaşanmazdır, nə ömür dözülməz
axtarmıram artıq səni…

[bənd 2]
səhərin dördü, həminki ‘’impala’’da
siqaretim sönür tam yarıda
qalmış hekayələr kimi
mən haradan bilə bilərdim ki
belə tez keçə bilərdi illər
məni dinlə, necə qurmuşdunsa
bitirdin hər şeyi birdəfəlik sən öz əllərinlə
[keçid]
axtarmıram artıq
əvvəl axtardığım qədər mən səni
daha axtarmıram artıq
silmişəm hər kəsi həyatımdan
onları daha axtarmıram artıq
çıx get, üstümə gəlmə
and ola allaha, axtarmıram artıq
mən səni axtarmıram artıq

[nəqərat]
necə mən böyütmüşdüm hər şeyi gözümdə
amma sən bitirmişdin bizi tək sözünlə
nə həyat yaşanmazdır, nə ömür dözülməz
axtarmıram artıq səni, itirmişəm özümü də

necə mən böyütmüşdüm hər şeyi gözümdə
amma sən bitirmişdin bizi tək sözünlə
nə həyat yaşanmazdır, nə ömür dözülməz
axtarmıram artıq səni, itirmişəm özümü də

Random Song Lyrics :

Popular

Loading...