epilepsia - pranga lyrics
[bənd 1]
bir yolçuyam mən, bütlərin allah olduğu
şəhərdən gəlib allahın şəhərinə gedirəm
arxamca atılan daşları yığıb boğçama
çarığımın dəydiyi hər yerdə ruhu gəzir şəhidlərin
‘’doğudan batıya’’, quzeydən güneyə
şəhriyarın məzarında ağlamağa gedirəm
məni də anlamadılar onun kimi
anlamadılar nəsimi ilə qəzəl, xəyyamla mey kimi
böldülər bizi müşfiqlə dilbər, şəhriyarla quzey kimi
ey məqamı var ilə yoxun üstündə olan
məni də al yanına
bu torpağın ehtiyacı var şəhid qanına
məni də al yanına
[bənd 2]
ovuc qabar, ciyər təşnə, doludur qanlı leşlə cığır
gecələri dolunayda nalə harayım ərşə çıxır
bir az rahatlaşardım, getsə kədər solumdan
qüdsə qədər yolum var
reinkarnasiyada dirilib, ruha dönüb gəlmişəm
mən pranga, cavidi gömüb gəlmişəm
doldurub arabama leşləri, yığıb üst*üstə
bizdə şəhid olurlar öləndə, olur leş sizdə
tariximin batdı günəşi imperiyalar kölgəsində
mən oğrulara doğru deyənlərin ölkəsindənəm
dirimə lənət oxuyan xalq ilham alacaq ölümdən
boğdum bütün mərhəmətimi yarımadanın qan gölündə
viran edər, talan edər, durmadan meyit tıxar
vətən o zaman sağ olar ki, villadan şəhid çıxar
yeyib, yatıb satırıq və kin gölündə boğuluruq
düz demişdin, şair * bizlər şəhid doğuluruq
səmazən batan günəş nuru qürubdan gəlir
buranın şəriəti kimi nəşəsi də cənubdan gəlir
qarabağı çaqqal basıb, gənclərin səsi
cəbhə yerinə bar və klubdan gəlir
tüstü ciyəri külə çevirdikcə yanır xirtdəyim
hər nəyi sərt olmasa da, ’’дубинка’’ları sərt dəyir
şərt deyil ki, sərt ola vücudum, amma dönmərəm
bələnsəm də qanıma, dönmərəm
düz 6 il bağırdım, dedilər, ruhu xəstədir
dəlidir, çünki vətən, millət, azadlıq istədi
çarmıxa çək, dərimi soy, damğa basın gövdəmə
getmərəm, əgər aparmasam sizi də özümlə cəhənnəmə
bu yazarlar mahzəni, yıxa bilmədiniz səmazəni
bizlə badu*kubəyə bəla düşür, cəza gəlir
qarın qardaşdan irəlidir, hasarı çək və arxı böl
yatıb ölmə, qalxıb öl
yandırın yatanları, bakıdan laçına od qalayın
ramil demişdi, bir də tapdalasın, bir də baltalayım
ölülər diriləndə dirilər dolduracaq məzarları
insanlar alçaldıqca qaldırırlar hasarları
silkələyin bu ölkəni, oyandırın komadan
“bomba qaqaş”*ların çoxusu öldü ‘’papilloma’’dan
travmalarımı vərəqlər görüb, qadınlar da sağaltmır
günümüz qaradır, qara günü sevgi belə ağartmır
ənəlhəqq, gəlin, eşin, dəlin, deşin vücudumu
izin verməyin, pozum yatanların sükutunu
öldürün, asın, yandırın, edam edin
misralarımı qan gölü, qanımı ümman edin
mən azadlıq meydanıyam, mən gəncə batalyonu
sonum dar ağacıdır, sinəmdə işgəncə medalyonu
əhməd cavadam, iki qolu zəncir, dizi kəndir
meşəmizə girən baltanın sapı özümüzdəndir
hər nə olursan, ol, gəl, qəti çəkinmə, yaxın dur
səs ver sən də səsimizə, bu, 3*cü axındır
əlləri qaldır və qır, parçala məftilləri
səmazən çağdaş şairlər ittifaqı, inqilabımız yaxındır
Random Song Lyrics :
- somebody suck me - p-tree lyrics
- it's quick, it's easy and it's the law - ring 13 lyrics
- cocoa cocoa - ynw bslime lyrics
- 乙姫心で恋宮殿 (otohime heart de love kyuuden) - lily white lyrics
- con la frente en alto - sentencia previa lyrics
- same place - novacaym lyrics
- trouble in paradise - agos lyrics
- non ti sopporto più - space one lyrics
- beacons - hippotraktor lyrics
- sweet dreams (are made of this) - kat leon lyrics