bayatılar - pəriyar lyrics
[bənd 1]
ürəyimdə ayaz var
nə qış gedib, nə yaz var
oyatma bənövşəni
kol dibində ayaz var
kədərli baxmayaydı
göz yaşım axmayaydı
yad baxmağı bir yana
yarım yada baxmayaydı
[nəqərat]
ürəyimdə ayaz var
nə qış gedib, nə yaz var
oyatma bənövşəni
kol dibində ayaz var
[bənd 2]
bu dünya çətin qala
yolları çətin qala
yaxşı yarı yazda gəz
payıza, çətin, qala
qalanın daşı oldum
gözümün yaşı oldun
dünyada gün görmədim
sevəndə naşı oldu
[nəqərat]
bu dünya çətin qala
yolları çətin qala
yaxşı yarı yazda gəz
payıza, çətin, qala
[bənd 3]
yenə də axşam oldu
gün keçdi, axşam oldu
gecələr mən alışdım
əriyən şam oldum
yanımda qal bir az da
göz yaşı var arazda
yar yuxusun danışıb
şəkli qalıb arazda
[nəqərat]
yenə də axşam oldu
gün keçdi, axşam oldu
gecələr mən alışdım
əriyən şam oldum
Random Song Lyrics :
- my nævis - jop survivors: the holy trinity unit lyrics
- the way of escape (live) - david oke a.g.s lyrics
- החציל עולה באש - putzimputzim lyrics
- level up - tokyo girls anthem remastered - femm lyrics
- constellations - yung hydration lyrics
- gang love - janat lyrics
- i moje miasto złą sławą owiane 2 - peja lyrics
- nas | ناس - omar damo lyrics
- minha terra - joão lopes lyrics
- stelle - alfa lyrics