avara - ədalət şükürov lyrics
[bənd 1]
hər gün şəhərdə idi
bu cür avara idi
belə bir biçarə idi
cibi boş olanda
borcu çox olanda
iş*gücə qarışmaz idi
[keçid]
bu şəhər də tanıyır
onu görən haylayır
kimi salam verdi, vermədi
ələsgər kişi baxıb dedi
[nəqərat]
avara, ay avara
özün salıb bəlaya
sən kimə neyləmisən
düşmüşsən ki bu hala?
avara, ay avara
yenə düşmüşsən dara
axı sən kimə neyləmisən
düşmüşsən ki bu hala?
[bənd 2]
pulu çox olanda
kefi kök olanda
dost*tanış yanında idi
indi əlini salır cibinə
gəlib çıxır dizinə
şalvarı yamaq*yamaq idi
[keçid]
nə danışıb, nə güldü
öz*özünə söyündü
kimi salam verdi, vermədi
ağsaqqal zakir kişi dedi
[nəqərat]
avara, ay avara
özün salıb bəlaya
sən kimə neyləmisən
düşmüşsən ki bu hala?
avara, ay avara
yenə düşmüşsən dara
axı sən kimə neyləmisən
düşmüşsən ki bu hala?
[bənd 3]
ay, bu tin sənin, o tin mənim
təsbehə öyrəşib əlin
günün də keçir küçədə
yadındadır, vaxt var idi
keçən deyirdi, cayıldır
qırmızı moskviçə minəndə
[keçid]
cayillikdən nə qaldı?
indi sənə tin də dardır
kimi salam verdi, vermədi
amma ələsgər kişi dedi
[nəqərat]
avara, ay avara
özün salıb bəlaya
avara, ay avara
avara, ay avara
özün salıb bəlaya
sən kimə neyləmisən
düşmüşsən ki bu hala?
avara, ay avara
yenə düşmüşsən dara
sən kimə neyləmisən
düşmüşsən ki bu hala?
avara, ay avara
özün salıb bəlaya
sən kimə neyləmisən
düşmüşsən ki bu hala?
avara, ay avara
yenə düşmüşsən dara
sən kimə neyləmisən
düşmüşsən ki bu hala?
avara, ay avara
yenə düşmüşsən dara
axı sən kimə neyləmisən
düşmüşsən ki bu hala?
Random Song Lyrics :
- transplante (ao vivo) - raça negra lyrics
- сколько любить (how much to love) - nikmakser lyrics
- on my way - promonant lyrics
- renew me - emma bradley lyrics
- those eggs aren't dippy - jack stauber lyrics
- rip triox4 - 69 gang lyrics
- cigarette butt - bubble tea and cigarettes lyrics
- selfish & selfless - ryan arizona lyrics
- everything i wanted - bloodgirll lyrics
- on the frontline (masters) - dipper macdoodle lyrics