gəz - ozan qrupu lyrics
Loading...
[giriş]
əzizim, ozan gəlir
elimə ozan gəlir
xalq nəfəsli şeirlər, nəğmələr yazan gəlir
nəğmələr yazan gəlir
[bənd 1]
könül, dolan el*obanı
o dağda gəz, bu dağda gəz
leylək olub yer eşincə
sən bülbül ol, budaqda gəz
[körpü]
gəz, gəz, budaqda gəz!
gəz, gəz, budaqda, budaqda
gəz!
[bənd 2]
hər atəşə, oda yanma
sözün haqsa, onu danma
manat olub xırdalanma
yaqut kimi barmaqda gəz
[körpü]
gəz, gəz, barmaqda gəz!
gəz, gəz, barmaqda, barmaqda
gəz!
[bənd 3]
əskik olma xeyir*şərdə
gün tək görün sən hər yerdə
duyğu kimi ürəklərdə
nəğmə kimi dodaqda gəz
[sonluq]
gəz, gəz, dodaqda gəz!
gəz, gəz, dodaqda gəz!
gəz, gəz, dodaqda gəz!
gəz, gəz, dodaqda, dodaqda
dodaqda gəz!
Random Song Lyrics :
- пустословие (verbiage) - kashmar lyrics
- hot mic freestyle - lay bands lyrics
- resistence - anna soares lyrics
- 22nd ways interlude - p-lo lyrics
- malas caídas - bby demon, 9ghst & balance lyrics
- worst enemy (demo) - dua lipa lyrics
- безвкусица и лень | bad taste and laziness - aac lyrics
- banquete de signos - elba ramalho, geraldo azevedo & zé ramalho lyrics
- driver's seat - lizdek & capshun lyrics
- leha'amin - להאמין - tamar gil'adi - תמר גלעדי lyrics