lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

vecsiz - orxan zeynallı lyrics

Loading...

[nəqərat]
çox ağladı gözlərim
buz bağladı əllərim
bu şəhərin yalanlarında
eşidilmədi sözlərim

çox ağladı gözlərim
buz bağladı əllərim
bu şəhərin yalanlarında
eşidilmədi sözlərim

[bənd 1]
yaşamağa həvəs yoxdur, həyat əzbər bildiyim film
sonda soruşsalar ki, necə yaşadın? bilmirəm nə deyim
həyat testlə tərs, daha pis, bir səhv, dörd düz aparır
hər bir yalan insandan daha neçə üz aparır

kim gündüz darıxır, qaranlıq həsrətində
üzündə nur yaranır sevgiyə nifrətində
nə vaxtsa uçanda düşündüm ki, qanadım olarsan
mən indi səmadayam, amma yıxılıram

bəlkə də saraydayam, amma sıxılıram
bu dünya hələ də nəsə demək istəyir, amma anlamıram
getmək çox çətindir camaata əks tərzdə
amma yenə də heç bir ümidi kiməsə bağlamıram
bitir ot daş üstündə, bu əzmin nümunəsi
quruyub yaş gözündə, bu dərdin büruzəsi
açılar bəşəri sirlər hamıya, şübhəm yox
bəlkə də nəvaxtsa, amma bu gün yox

[nəqərat]
çox ağladı gözlərim
buz bağladı əllərim
bu şəhərin yalanlarında
eşidilmədi sözlərim

çox ağladı gözlərim
buz bağladı əllərim
bu şəhərin yalanlarında
eşidilmədi sözlərim

[bənd 2]
həyatdan alınan yaraları sağaltmaqdır indi tək maraq
qisas hissi ürəyi bürüyür sevgini aldadaraq
kim bilir kimin içini,dostunun dünyasını
həyat gedir, günləri zaman odunda yandıraraq

başımızı qaldıraraq istəyirik kömək göydən
çünki uzaqdayıq özümüz öz ürəyimizdən
bir qədəh iki əldə, ciddi səbəb durub öndə
dərdləri unutmaqçün, gedirik özümüzdən
bəlkə də yalan deyil dünya
sadəcə hərənin öz həqiqəti
kiminsə doğrusuyla kimsə razı deyil qəti
şəkər və duz gətir
bəlkə onunla dəyişdik həyatın ləzzətini

kiminsə iç üzünü aç, artırıb şöhrətini
ya da ki, al əlindən bütün var*dövlətini
danışacaq susanlar da bir gün, şübhəm yox
(şübhəm yox…)
bəlkə də nə vaxtsa, amma bu gün yox

[nəqərat]
çox ağladı gözlərim
buz bağladı əllərim
bu şəhərin yalanlarında
eşidilmədi sözlərim

çox ağladı gözlərim
buz bağladı əllərim
bu şəhərin yalanlarında
eşidilmədi sözlərim

çox ağladı gözlərim
buz bağladı əllərim
bu şəhərin yalanlarında
eşidilmədi sözlərim
çox ağladı gözlərim
buz bağladı əllərim
bu şəhərin yalanlarında
eşidilmədi sözlərim

Random Song Lyrics :

Popular

Loading...