lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

böyük ümidlər - orxan zeynallı lyrics

Loading...

[bənd 1]
doğulmaq yadımızdan çıxardığımız ilk addımdır
necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar
bir gün qabaq yox idin, bu gün isə həyatın var
heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar

axmamış yaş qədər təmiz qucaqda böyümək hissi
adam qayıdıb keçmişə, yenidən böyümək istəyir
biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
onların yerinə bütün xoşbəxtliklərə “hə” deyəsi idik

zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır
zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır
biz bəzən şəfəqləri bitişdirib edirik parıltı
bəzənsə parçalanan qaya arasında son qırıntı

gözünü yum, qorxma bir azdan bitəcək səslər
küsmə talehindən o heç nəyi etmir qəsdən
azalacaq səslər, azalacaq səslər
valideyn sayi azaldıqca azalacaq səslər

[nəqərat]
dizimi qucaqlayıb dinlədim o səsləri
gözümü bağlayıb dinlədim o səsləri
yastıqlar gizlədəndə o səsləri
[bənd 2]
valideyn davaları dəriyə hopmuş yaralar kimidir
ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir
bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan
bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir

seçim olmur heç kimdə, kimsə doğulur çirk içində
kimsə n*z*r ailəsində, var*dövlət, mülk içində
kimsə son anda abort etməyən tək anayla
kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla

*n*lar var * qalıb baş*başa yadigar başdaşıyla
ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla
uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla
doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla

gecədən qalma yaşı ilə səhər məktəbə getmək
çətin idi özgələrdən qayğı tələb etmək
çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
çətin idi “mənim ailəm” mövzusunda inşa yazmaq

[nəqərat]
dizimi qucaqlayıb dinlədim o səsləri
gözümü bağlayıb dinlədim o səsləri
yastıqlar gizlədəndə o səsləri
gələcək nəsillərə böyük nifrət bəsləyir

Random Song Lyrics :

Popular

Loading...